Rəcəb sözünün mənası nədir?
Müəllif: Admin
Tarix: 8-03-2019, 11:06
Rəcəb sözünün mənası nədir?
Rəcəb ayı hicri-qəməri ilinin yeddinci ayıdır. Ondan öncə cumada saniyə sonra isə şaban ayıdır. Rəcəb ayı islamdan öncə də cahil ərəblər tərəfindən belə müqəddəs hesab edilirdi. Digər 3 ay da daxil olmaqla Hicazdakı ərəb tayfaları onu haram (hörmətli) ay bilər və o zamanda müharibə etməzdilər.

Qurana görə bəzən qəbilələr müharibə etmək məcburiyyətində qalanda haram ayların yerini dəyişdirərdilər. Lakin Mudir qəbiləsi rəcəbi çox ehtiram etdiklərindən nə olursa olsun o ayda müharibəyə getməzdilər. Qədim ərəblər bəzən rəcəbin bu qəbiləyə aid olduğunu deyirlər.

Hərfi mənasına görə rəcəb təzim etmək, həya etmək, çəkinmək mənası daşıyır. Rəcəb, ərəb dilində "Rəcbun-Rəcəbə-Yərcubu" mənşəli sözdür. İnsan müəyyən bir məsələdə həya edib çəkinərək və ya qorxaraq təzim edirsə bu "rəcbun" adlanır. Görünür ayın rəcəb adlandırılması da Hicazdakı qəbilələrin ona olan ehtiramından irəli gəlir.

Elə islam dini də ərəblərin haram ayları ilə bağlı adətini təsdiqləyir və o aydakı ibadətlər barədə saysız hesabsız hədislər buyurulur.



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031