Şəban sözünün mənası nədir?
Mьəllif: admin1
Tarix: 11-02-2024, 10:27
Şəban sözünün mənası nədir?
Şəban hicri-qəməri ilinin səkkizinci ayıdır. Ayın bu adla adlandırılması islamdan öncəki tarixə qayıdır. Şaban sözü şöbə (bölmə) şöbələşmək (bölünmək) mənasındadır.

Tarixçilər bildirir ki, rəcəb ayı ərəb qəbilələri üçün döyüşlərin qadağan olduğu ay idi. Amma növbəti ay isə (şaban) belə deyildi.

Məhz bu ay başlayanda qəbilələr yenidən bir birindən ayrılıb şöbələşər və döyüşlərə başlayardılar.

Amma islam dini şaban ayına fərqli şəkildə baxır və fərqli şəkildə onu mənalandırır.

Səvabul-Əmal əsərində gələn hədisə əsasən Peyğəmbər (s) şəban sözünü belə izah edərdi:

"O şəban adlanıb, çünki möminlərin ruzisi bu ayda bölünər".
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031