Təyəmmümün qaydası
Mьəllif: admin1
Tarix: 5-07-2019, 10:42
Təyəmmümün qaydası
Təyəmmümün qaydası bu tərtiblədir:

1. Təyəmmüm niyyəti etmək.

2. İki əlin içini təyəmmümün düzgün olduğu şeylərə vurmaq

3. Hər iki əlin içini alına və onun iki tərəfinə çəkmək. Yəni, alnın tük bitən yerindən qaşlara və burunun üstünə qədər.

4. Sol əlin içini sağ əlin üstünə və sonra sağ əlin içini sol əlin üstünə çəkmək.

5. Vacib ehtiyata görə yenidən əli yerə vurub, sol əli sağ əlin üstünə və sağ əli sol əlin üstünə çəkmək

Diqqət:

• Həm dəstəmaz, həm də qüslün əvəzınə olan təyəmmüm eyni qaydadadır.

• Əgər alnın və ya əlin üstünün hətta kiçik bir hissəsi məsh olunmasa, təyəmmüm batildir. Bu iş, istər qəsdən olsun, istər unutqanlıq üzün-dən, istərsə də hökmü bilməməkdən irəli gəlsin. Qeyd etmək lazımdır ki, həddən artıq diqqət etmək lazım deyil və əgər "alnın və əlin üstü tamamilə məsh olundu” deyilsə, kifayət edir.

• Əlin üstünün tamamilə məsh olunduğuna əmin olmaq üçün biləkdən bir qədər yuxarıdan məsh etməyə başlamaq lazımdır. Lakin barmaqların arasını məsh etmək lazım deyil.

Rəhbər Ayətullah Xamenei.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930