Bu ələ cəhənnəm odu toxunmaz-Peyğəmbərin (s) öpdüyü əl
Mьəllif: admin1
Tarix: 2-12-2016, 14:04
Bu ələ cəhənnəm odu toxunmaz-Peyğəmbərin (s) öpdüyü əl

“Əlin niyə qabar olub?”
Peyğəmbərlərimizin çoxu əkinçilik və sənət işləri ilə məşğul olmuş, öz zəhmətləri ilə dolanmış və bununla da iftixar etmişlər. Çünki əmək və zəhmət Allahın yanında çox dəyərlidir. Rəvayətlərimizdə də bu məsələ özünə yer almış, iş qüvvəsi olduğu halda işləməyən adamlar məzəmmət olmuş, zəhmətkeş insanlar isə dəyərləndirilmişdir.
Peyğəmbər (s) Təbuk döyüşündən qayıdarkən Səd Ənsari həzrəti qarşılamağa getdi. Peyğəmbər (s) onunla qucaqlaşıb görüşdükdən sonra soruşdu: “Əlin niyə qabar olub?” Səd dedi: Ey Allahın Rəsulu! ailəmi dolandırmaq üçün bellə, kəndirlə işləyirəm. Həzrət onun əlini öpüb buyurdu: “Bu bir əldir ki, cəhənnəm odu əsla ona dəyməz”.
Dinimizin böyükləri və alimləri də çoxlu məşğələlərinə baxmayaraq, dini mərkəzlərdən, yaxud beytül-maldan məişətlərini təmin edə biləcəkləri bir halda məhz əl zəhmətləri ilə dolanışıqlarını təmin etmişlər.
Elmi Hövzənin rəhbərlərindən olan böyük alim və arif Ayətullah Mərəşi Nəcəfi deyir: Nəcəfi-əşrəfdə dini elmlərin təhsili ilə məşğul olduğum dövrdə çox vaxt pulum çatmırdı. Bütün günü dərslə məşğul olduğum üçün işlməyə vaxtım qalmırdı. Ehtiyac üzündən məcbur idim ki, istirahət və yuxumdan azaldıb gecələr mərhum Nəsrullah Xalxalinin atasının düyü email sexində işləyib, məişətimi təmin edim, gündüzlər isə təhsilimlə məşğul olum. Ancaq heç vaxt heç kəsə ehtiyacımı demədim, heç kimdən kömək istəmədim. Ehtiyacımı yalnız Allaha dedim və Əhli-beytə (ə) təvəssül etdim.

Qaynaq: Qəsəsul-uləma

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031