Əgər Həzrət Fatimə (s.ə) məsum olmasaydı, necə ola bilərdi ki, onun qəzəbi Allahın qəzəbi olsun?
Mьəllif: admin1
Tarix: 3-12-2023, 11:34
Əgər Həzrət Fatimə (s.ə) məsum olmasaydı, necə ola bilərdi ki, onun qəzəbi Allahın qəzəbi olsun?
Həzrət Zəhra (s.ə) – İslam dininin tək məsum xanımıdır. Onun məsumluğunun hədis və Quran ayələrində xeyli təsdiqi vardır.

Həzrət Zəhra (s.ə) dünyaya gəlməzdən əvvəl Həzrət Rəsul (s) qırx gün ibadət edir və son gündə orucunu behişt qidası ilə açaraq Həzrət Xədicənin (s.ə) yanına gəlir. Xanım (s.ə) dünyaya gələn andan mələklərin himayəsində qərar tutur və onlarla söhbət edir.

Qısa ömründə çox sayda kəramət göstərmişdir. Bütün bunlar xanımın ismətindən xəbər verir.

Quranda da bu mövzuya aydın şəkildə işarə olunmuşdur. “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etməyə qərar verir”. (“Əhzab” 33).

Əhli-beytin (ə) kim olduqlarını bütün müsəlmanlar bilirlər. Əhli-beyt (ə) dedikdə beş nəfər Ali-əba nəzərdə tutulur. Xanım Zəhra (s.ə) da onlardan biridir.

Həzrət Peyğəmbər (s) dəfələrlə qızını bədənin bir parçası və gözünün nuru adlandırmışdır.

Buyurmuşdur: “Hər kim onu sevər, məni sevər. Onun düşməni – mənim və Allahın düşmənidir”.

Başqa bir hədisdə buyurur: “Fatimə (s.ə) - mənim bədənimin bir parçasıdır. Hər kim ona əziyyət verər - mənə əziyyət vermişdir. Hər kim onu qəzəbləndirər - məni və Allahı qəzəbləndirmiş olar”.

Əgər Həzrət Fatimə (s.ə) məsum olmasaydı, necə ola bilərdi ki, qəzəbi Allahın qəzəbi olsun?

Məgər məsum olmayan insanların qəzəbini Allahın qəzəbi kimi tanıtmaq olarmı?

Əgər Xanım (s.ə) məsum olmasaydı,onda necə ola bilərdi ki, ona əziyyət verən Peyğəmbərə (s) əziyyət vermiş kimi olardı?

İmam Baqir (ə) buyurur: ““Təthir” ayəsi Peyğəmbər (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) haqqında Ümmü Sələmənin evində nazil olmuşdur.

Bu ayə nazil olan zaman Həzrət Peyğəmbər İmam Əlini (ə), Fatiməni (s.ə) Həsəni (ə) və Hüseyni (ə) əbanın altında topladı və buyurdu:

“Allahım, bunlar mənim Əhli-beytimdirlər (ə). Onların barəsində vədə vermisən. Allahım, çirkinliyi onlardan uzaq et və onları pak qərar ver””.

Beləliklə bu nəticəyə gəlmək olar ki, Quran ayələri və Məsumlardan (ə) gələn hədislər xanım Fatimeyi-Zəhranın (s.ə) məsum olduğunu birmənalı olaraq isbat edir.



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031