Həzrət Xədicənin (s.ə) vəfatından öncə Fatimeyi-Zəhraya (s.ə) söylədikləri
Mьəllif: admin1
Tarix: 22-03-2024, 15:01
Həzrət Xədicənin (s.ə) vəfatından öncə Fatimeyi-Zəhraya (s.ə) söylədikləri
Peyğəmbər (s) buyurur: “cənnət 4 qadının intizarındadır. Onlar Məryəm İmran qızı, Fironun xanımı Asiyə Muzahim qızı, Xədicə Xuveylid qızı və mənim qızım Fatimə.”

Həzrət Peyğəmbər (s) daha bir hədisdə Xədiceyi-Kubra haqda buyurur: “Dünya qadınlarının ən yaxşısı Xədicədir.....”

Tarixi faktlara gəldikdə isə bu faktlar Həzrəti Xədicənin Peyğəmbərə (s) verdiyi maddi və mənəvi dəstəyin islamın ilk illərində sonuncu dinin inkişafı üçün nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur.

Varlı bir qadın olmağına baxmayaraq, Məhəmmədin (s) əminlik və səmimiliyinə görə ona ərə gedərək, elə blokadaya salınmış Şibi-Əbi-Talibdə ikən xəstələnib vəfat etdi.
Bəs o həzrətin ömrünün son günləri və anları necə keçib?

O həzrət Bəni-Haşimin Şibi Əbu-Talib vadisində blokadaya salınması zamanı qidalar və ərzaqın çatışmamazlığından və eləcə də müalicənin qeyri mümkün olmasından şiddətli xəstəliyə düçar oldu və ramazanın 10-da vəfat etdi. Onun məzarı Məkkədə Cəhun qəbirsanlığındadır.

O həzrət vəfatından öncə Peyğəmbərə (s) belə söylədi:

Ey Allahın elçisi əgər səhlənkarlıq etmişəmsə məni bağışla! Peyğəmbər buyurdu: Xədicə Mən heç vaxt səndən bir qüsur müşahidə etməmişəm.

Xədiceyi-Kubra dedi: Digər bir istəyim var və istəyirəm onu sənə qızım Fatimə (sə) desin. Çünki onu deməyə utanıram. Peyğəmbər (s) yerindən qalxıb otaqdan çıxdı.

Xanım Xədicə qızı Fatimə (s.ə) ilə tənha qalanda ona dedi: Ey anasının sevimlisi və gözünün nuru! Atana de ki anamın qəbr evindən qorxusu var.

O istəyir ki, vəhy nazil olan zaman geyindiyin paltarlardan birini mənə hədiyyə etsin və kəfənim o olsun. Bunu eşidən Peyğəmbər (s) vəhy nazil olan zaman əynində olan mübarək paltarlardan birini Xədicəyə verdi.

Bu zaman Allahın əmini Cəbrail nazil olub Peyğəmbərə (s) dedi: “Ey Məhəmməd Xədicənin kəfəni bizim tərəfdən olacaq. O öz malını bizim yolumuzda bağışladı.

Bu zaman Cəbrail bir kəfəni gətirib dedi. Ey Məhəmməd bu cənnətin kəfənlərindən biridir. Onu Allah hədiyyə etdi.”

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031