Həzrət Xədiceyi-Kübranın (s.ə) vəfatı (Video)
Mьəllif: admin1
Tarix: 22-03-2024, 15:03
Həzrət Xədiceyi-Kübranın (s.ə) vəfatı (Video)
Ahlibeyt.ge xəbər verir ki, "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi", Xədiceyi-Kübranın (s.ə) vəfatı günü münasibəti ilə, Dünya müsəlmanlarına başsağlığı verərək Ümmət xanımlarına Xanım Xədicənin (s.ə.) həyatından bəhrələnməni diləyir.

Həzrəti Xədicə (s.ə.) Peyğəmbərin (s) ilk həyat yoldaşı olub. O, İslamı qəbul edən ilk xanım olmaqla yanaşı Allahın Rəsuluna (s) ən yaxın insanlardan idi.

Onun bəşər tarixində yeri barədə bunu qeyd etmək kifayətdir ki, o, Xanım Fatimeyi-Zəhranın (s.ə.) anası və 11 imam (ə) nənəsidir. İslam Peyğəmbərinin (s) bütün nəsli Xədicə xanımdandır.

Xanım Xədicə (s.ə.) dünyadan köçərkən Peyğəmbərə (s) bir neçə vəsiyyət etdi. Bütün malını payladı. Göstərdiyi saysız fədakarlıqlara baxmayaraq Allahın Peyğəmbərinə (s) buyurdu: "Ya Rəsulallah (s), məni bağışla ki, Sizin haqqınızda səhlənkarlıq etdim”.

Əvəzində Peyğəmbər (s) buyurdu: "Mən səndən heç vaxt əskiklik görməmişəm. Bütün gücünü və çalışqanlığını mənim üçün etmisən, evimdə çoxlu zəhmətlərə dözmüsən, mallarını Allah yolunda bağışlamısan”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930