Ayətullah Behcət Kəramət sahibi olmağı necə izah edir?
Mьəllif: admin1
Tarix: 17-05-2020, 14:12
Ayətullah Behcət Kəramət sahibi olmağı necə izah edir?
“Ayətullah Behcətin məhzərində” əsərində (səh-183) tanınmış müctəhid və arif kəramitli insan necə olur sualına belə cavab verir:

“Təbrizdə bir dərviş bir sinini yağış suyu ilə doldurar və onu qızıla döndərərdi. Amma kamal bu deyil. İnsanın kamalı təqva ilədir. Nə bundan artıqdır nə də az. Quran özü deyir ki: "Sizin ən kəramətliniz ən təqvalı olanınızdır" (Hucurat-13).

Ona görə Quran durmadan buyurur: "Bacardıqınız və gücünüz çatdıqı qədər təqvaya riayət edin"! (Təğabun -16)”

Ayətullah Behcətin sözlərinə görə, Kəramət sahibi olmaqdan daha üstün bir məqam var, o da təqvalı olmaqdır.

Doğrudur ki, kəramətli işləri yalnız təqva əldə etdikdən sonra verilir. Lakin bu Kəramət məqamının müttəqi məqamından üstün olması anlamında deyil. Əsas qayə təqvadır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930