Savabı ən tez verilən əməl
![]() Çətinliklərlə qarşılaşdığımız və hər hansı bir səhvə yol verdiyimiz zaman yaxın qohum-əqrəbalarımızın bizə köməklik göstərməsini və problemlərimizin həllində yardımçı olmalarını istədiyimiz kimi, təbii ki, belə bir rəftarı onlar da bizdən gözləyirlər. İmam Әli (ə) bu haqda buyurur: “Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz. Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvüləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar.” Usuli-Kafi əsərində İmam Baqirdən (ə) savabı ən tez verilən əməl barədə belə bir hədis gəlibdir: “Sileyi-rəhm (qohum-əqrəbaya baş çəkmək) savabı ən tez verilən xeyir əməldir” Oxşar xəbərlər
|