Allah partiyasından olmaq istəyənə İmamın (ə) tövsiyəsi
![]() Bu ifadə ərəb dilində “Hizbullah” deyə səslənir və hazırda Livandakı müqavimət hərəkatı “Hizbullah”la da əlaqəsi yoxdur. Quran ayələrinə görə, yalnız Allahın partiyası qalib olacaqdır. Həyat və axirətdə səadətə qovuşmaq istəyənlər yalnız bu qrupa daxil olmaqla qalibiyyətə çatıb, əbədi xöşbəxtliyə nail ola bilərlər. Bəs hansı xüsusiyyətlərə malik olanlar bu qrupun üzvləridirlər? Bu barədə Biharul-Ənvar əsərində İmam Əlidən (ə) maraqlı bir hədis gəlib: “Qalib Hizbullahdan biri olmaq səni sevindirirmi? Elə isə Allahdan qorx və təqvalı ol!, bütün əməllərində yaxşılıq et! Çünki Allah təqvalılarla (qorxanlar) və yaxşılıq edənlərlədir.” Oxşar xəbərlər
|