Dünya və Din - hər ikisinə malik olmanın yolu
Mьəllif: admin1
Tarix: 18-10-2021, 10:33
Dünya və Din - hər ikisinə malik olmanın yolu
İslam dini bizdən dünyanın tərkini tələb etmir. Bu peyğəmbərin sünnətinə ziddir. Dini mənbələrdə zahidlik möminin əlamətlərindən biri kimi qeyd edilir.

Lakin bu dünya malına bağlı olmamaq anlamındadır və dünya malından xeyir məqsədlərdə və ehtiyacların aradan qaldırılmasında istifadə etməmək anlamına gəlmir.

Yəni dini mənbələrdə buyurulur ki insan mala malik olmalıdır, mal-mülk insana hakim kəsilməməlidir.

Quranın Qəsəs surəsinin 77-ci ayəsində buyurulur:

Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil.

Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”

İnsan əlindəki malını xeyir məqsədləri üçün sərf etməlidir, amma öz ehtiyaclarını da unutmamalıdır. İsra surəsinin 29-cu ayəsində belə buyurulur:

“Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan”

Doğrudur ki insanın əlinə mal-mülk keçəndə günah etmə imkanları da artır və günaha meyillər çoxalır. Buna görədir ki alimlər insanlara yalnız təqvanın gücü qədər mal və mülkün altına girməyi tövsiyə edirlər.

Qurərul-Hikəm əsərində İmam Əlidən (ə) bu haqda bir hədis gəlibdir ki dinlə dünyanın hər ikisinə sahib olmanın yolunu insana təlim edir:

İmam Əli (ə) buyurur: “ Əgər dinini dünyana tabe etsən, həm dinini həm də dünyanı məhv edəcəksən və axirətdə də ziyankarlardan olacaqsan. Amma öz dünyanı dininə tabe etsən həm dünyanı həm də dinini əldə edəcəksən, axirətdə də qaliblərdən olacaqsan.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930