Qəlbi qəsavətdən xilas etməyin zərurəti
Müəllif: admin1
Tarix: 16-01-2022, 10:31
Qəlbi qəsavətdən xilas etməyin zərurəti

Uzun-uzadı arzular qəlbi bərkidir və nəticədə moizə-nəsihət insana təsir göstərmir.

Bəzi psixoloqlar qəsavəti, qəlbidaşlığı müsbət səciyyə sayırlar. Onların nəzərincə, qəlbiyumşaqlıq, tez təsirlənmə qadınlara və uşaqlara xas olan mənfi xüsusiyyətdir.

Bu səbəbdən də onlar insanların hadisələr müqabilində tez həyacanlanıb göz yaşı axıtmasını bəyənmirlər. Amma Qurani-kərim ayələrinə əsasən qəlbidaşlıq mənfi əxlaqi səciyyədir və məzəmmət olunur.

Bizlər Quran göstərişlərini yerinə yetirmək əzmində olduğumuzdan ilk növbədə qəsavət kimi əxlaqi xəstəlikdən qurtulmalıyıq.

Hər yolla çalışmalıyıq ki, bu xəstəlik qəlbimizə yol tapmasın. Amma bu xəstəliyə düçar olduqdan sonra onu mənfi dəyərləndirərək aradan qaldırmağa çalışmağımız zəruridir.

Heç şübhəsiz, xaşe, yəni yumşaq qəlb moizə-nəsihətləri daha tez qəbul edir. Qəsavət xəstəliyinə düçar olmuş qəlb isə heç bir moizədən təsirlənmir.

Demək, moizənin təsir göstərməsi üçün qəlb qəsavətdən xilas olunmalıdır. Qəsavət xəstəliyinə tutulmuş qəlb ilahi ayələrdən təsirlənmir, heç bir reaksiya göstərmir.

“Onu tutun və buxovlayın, oda atın” kimi əzab ayələri (“Haqqə”, 30-32) möminin qəlbini yerindən oynadır, onun varlığını titrədir.

Qəsavətli qəlb isə bu qəbil bəyanatlardan təsirlənmir. Allah-təala Musa ilə söhbətində qəlbi bərkidən uzun-uzadı arzulardan çəkinməyə çağırır.

Həzrət Musadan və bütün başqa bəndələrdən istənilir ki, uzun-uzadı arzulardan qorunsunlar. Çünki uzun-uzadı arzular qəlbi bərkidir və nəticədə moizə-nəsihət insana təsir göstərmir.

Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930