QƏLBİ SAĞLAM SAXLAMAQ
Mьəllif: admin1
Tarix: 17-12-2016, 16:44
QƏLBİ SAĞLAM SAXLAMAQ

Yaxşı işlər sağlam qəlbdən, pis işlər isə qəlbin çirkinliyindən xəbər verir
Quranda və çoxlu hədislərdə insanın qəlbindən danışılmışdır. Qəlb dərkedici hisslərin, idrak qüvvəsinin mərkəzidir. Yaxşı işlər sağlam qəlbdən, pis işlər isə qəlbin çirkinliyindən xəbər verir. Biz insanlar Allaha ibadət etmək və günahlardan qorunmaqla yanaşı, öz qəlbimizin sağlamlığı ilə də məşğul olmalıyıq. Quranda 132 dəfə «qəlb» sözü işlənmişdir. Çoxlu ayələrdə kafirlər, münafiqlər (iki üzlülər) və günahkarların qəlbi möhürlənmiş, xəstə, həddən ziyadə (mənfi mənada) yolunu azmış və bu kimi ibarələrlə qeyd edilmişdir.
«Qəlb» barədə söz çoxdur. Lakin bu mətləbi qeyd etmək istəyirik ki, qəlbimizi təmiz saxlamalıyıq, çünki İmam Sadiq (ə) buyurur:

İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir:

1. Şeytanın vəsvəsə etdiyi yer.
2. Mələklərin daxil olduğu hissə. Ona görə Allah-təala buyurur: «Allah möminlərə ruhun vasitəsi ilə (bir mələyin adıdır) kömək etdi». (Üsuli-kafi, 2-ci cild, səh 276. Və «Mücadmlə» surəsi, ayə: 22)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930