Peyğəmbər (s) kimi yaşamaq istəyənlər oxusunlar!
Mьəllif: admin1
Tarix: 19-01-2022, 21:57
Peyğəmbər (s) kimi yaşamaq istəyənlər oxusunlar!
Mötəbər əhli-sünnə mənbələri hesab edilən Müstədrək ələs-Səhihəyn, Əbu-Nueym İsfahaninin Fədailus-Səhabə, Müsnəd Əhməb bin Hənbəl və sair mənbələrində İmam Əli (ə) haqda gələn maraqlı hədisi təqdim edirik:

Səhabə Zeyd ibni Ərqəm deyir: Allahın Elçisi (s) buyurdu:

"Mənim kimi yaşamaq və ölmək istəyən hər kəs və həmçinin mənə vəd edilən əbədi cənnətdə məskunlaşmaq istəyən hər kəs Əli ibni Əbu-Talibin ardıcılı olsun! Çünki o heç vaxt sizi düz yoldan çıxarmaz və sizi azğınlığa aparmaz."

Hakim Nişaburi bu hədisi Müstədrək ələs-Səhihəyn əsərində (cild-3, səh-128,) gətirir və əlavə edir: Bu sənədi düz olan hədisdir ki Müslimlə Buxari onu nəql etməyib.

Bu hədisi Təbərani əl-Kəbir əsərində, Əbu-Nueym əl-İsfahani Fədailus-Səhabə əsərində gətiriblər. Hədis Kənzul-Ummalda (hədis:2578) və İmam Əhməd Hənbəlin əl-Müsnəd əsərində (cild-5, səh-32) də gəlibdir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031