İmam Əlinin əlçatmaz fəzilətini göstərən “Təyr” hədisi nədən bəhs edir?
Mьəllif: admin1
Tarix: 21-04-2016, 11:36
İmam Əlinin əlçatmaz fəzilətini göstərən “Təyr” hədisi nədən bəhs edir?
İmam Əlinin (ə) peyğəmbərdən sonra bütün insanlar və məxluqatdan üstün olduğunu göstərən “Hədisu Təyr Məşviy”
Bu hədisi peyğəmbərin səhabələri Ənəs ibni Malik, Abdullah ibni Abbas, Əbu-Səid əl-Xudri, Səfinət Xadimun-Nəbi, Səd ibni Əbi-Vəqqas, Əmr ibni As, Abut-Tufeyl Amir bin Vasilə, Yəla bin Mərra və sair nəql ediblər.

Hədisin mətni belədir:
“Peyğəmbərə bir pişmiş toyuq gətirdilər. Peyğəmbər bunu görüb əllərini səmaya qaldırıb dedi: İlahi ən sevdiyin məxluqunu mənə göndər ki bu toyuqdan mənimlə yesin. Bu zaman Əli (Allah ondan razı olsun) daxil oldu. Peyğəmbər dedi: ilahi onunla dost olanlarla dost ol.....”

Bu hədis müxtəlif mətnlərlə azacıq fərqlərlə bu məzmunda gəlibdir. Bu hədisi əhli-sünnə alimlərindən Hakim Nişaburi Müstədrək əsərində, Tirmizi əs-Sunən əsərində, Təbərani əl-Əusət əsərində, İbni Couzi əl-İləl əsərində, Xətib Bağdadi öz tarixində, Əbu-Yəla əl-Xəlili əl-İrşad əsərində, İbni Əsakir Tarix Mədinət Diməşq əsərində və sair öz kitablarında yazıblar.İslaminSesi\


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930