Qiyamətdə iki gözünün arasından nur saçan insan
Mьəllif: admin1
Tarix: 15-01-2022, 11:21
Qiyamətdə iki gözünün arasından nur saçan insan
Hər bir savab iş insana nuraniyyət, qəlbinə bəsirət verər. Yəni xeyir əməllərin o dünyada savabı veriləcəyi kimi, bu dünyada da insanın bəsirətini artırar.

Hədislərdə buyurulur ki, hər bir haqqın həqiqəti var və hər bir düzgün işin də özünə məxsus nuraniyyəti var.

İbadətin insana bəxş etdiyi nuraniyyət daha çoxdur. İmam Məhəmməd Təqidən (ə) nəql olunan hədisə əsasən dəstəmazın özünə məxsus bir nuraniyyəti var ki qiyamətdə hər yerə saçar.

İmam Məhəmməd Təqi (ə) buyurub: “Mütəal Allah Musa Kəlimullahla danışırdı. Musa (ə) dedi: İlahi Sənin xofundan dəstəmazını tam və kamil şəkildə yerinə yetirənin əcri nədir? Mütəal Allah buyurdu: Qiyamətdə onu elə məhşur edərəm ki, iki gözünün arasında bir nur saçar”. (əl-Əmali, Səduuq hədis-307)

Hədislərə görə müsəlman ümmətini digər ümmətlərdən fərqləndirən əməllərdən biri də dəstəmazdır.

Allahın Rəsulu Məhəmməd Peyğəmbər (s) buyurub: “Allah ümmətləri məhşur edəndə mənim ümmətimi (xüsusi) əlamətli məhşur edər. Dəstəmazın nəticəsində onların alnı ağ olar”.

Məhəmməd Peyğəmbərdən (s) nəql olan digər hədisdə belə buyurulur: "Təharətini artır ki Allah da ömrünü artırar. Əgər gündüz də gecə də təharətli ola bilsən bunu et! Əgər təharətlə ölsən şəhid olarsan”. (Əmali, Mufid, səh-60)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930