Möminin qəlbini necə şad etmək olar?
Mьəllif: admin1
Tarix: 18-01-2022, 10:59
Möminin qəlbini necə şad etmək olar?
İmam Əli (ə) buyurur: “Ey Kumeyl! Ailənə göstəriş ver ki, gündüzləri alicənablıq və gecələri yatmışların ehtiyaclarını yerinə yetirmək üçün çalışsınlar. Hər bir səsi eşidən Allaha and olsun ki, hər kim bir qəlbi şad edər, Allah o şadlıqdan onun üçün lütf qərar verər ki, müsibət zamanı zülal su kimi ona yağar və müsibətin acılığını aradan aparar”.

Dinimiz bizə öyrədir ki, möminin qəlbini şad etmək – böyük bir ibadətdir.

İmam Baqir (ə) buyurur: “Allah Təala, möminin qəlbinə şadlıq daxil etməkdən daha sevimli bir şeylə ibadət olunmamışdır”.

Abbasi xəlifələrinin dövründə Rey şəhərinin Əhli-Beyt (ə) davamçılarından biri nəql edir: “Harunun vəziri Yəhya ibni Xalid tərəfindən maliyyə fidyəsini almaq üçün bir nəfər mənim yanıma gəlmişdi. Mən eşitmişdim ki, bu insanın Əhli-Beytə (ə) çox meyli vardır.

Həmin il həccə yollandım və həcc səfərində Mədinəyə getdim. İmam Musa (ə) ilə görüşdüm və öz ehtiyaclarımdan bəhs etdim. Həmin məmur şəxs barəsində İmamla (ə) danışdım və İmam (ə) onun üçün bir məktub yazıb, mənə verdi.

Məktubun məzmunu belə idi: “Bismilləhir-Rahmənir-Rahim! Bil ki, Onun ərşinin altında bir kölgə vardır ki, o kölgədə heç kəs sükunət etmir, məgər o kəsdən başqa ki, mömin qardaşı üçün yaxşı işi hazır edər, ya onun qəmini aradan aparar, ya da qəlbini şad edər”.

Həcdən qayıtdım və İmamın (ə) məktubunu həmin məmura verdim. O, ayağa qalxdı və məktubu öpdü, sonra onu oxudu. O zaman bütün mal və paltarlarını istədi və hazır etdilər. O, bütün bu malını və paltarlarını özü ilə mənim aramda böldü.

O şeyi ki, bölə bilmirdi – onun dəyəri qədər mənə pul verdi. Sonra mali fidyə dəftərini istədi və mənim adımı həmin dəftərdən sildi. Məni razı salıb xudafizləşdi.

Evimə qayıtdım və düşündüm ki, bu şəxsin bu qədər səxavətinin qarşılığında nə edə bilərəm. Düşündüm ki, İmamın (ə) yanıma gedim və o məmurun etdiklərini söyləyim.

Sonrakı il də həccə getdim və İmam Kazımın (ə) xidmətində oldum. Həmin məmurun mənə etdiklərindən danışdım. Hər an şadlığın izini simasında gördüm.

Dedim: “Ey mənim Mövlam! Bu xəbər səni şad etdi?”.

Bəli, İmam Baqirin də (ə) buyurduğu kimi, Allah Təala möminin qəlbinə şadlıq daxil etməkdən daha sevimli bir şeylə ibadət olunmamışdır.

Məsumlarımız (ə) da məhz bu böyük ibadətə görə şad olub, sevinərlər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930