İmamlar (ə) kimin duasının qəbul olacağına zamin durublar?
Mьəllif: admin1
Tarix: 19-01-2022, 21:44
İmamlar (ə) kimin duasının qəbul olacağına zamin durublar?
Quranda Tövbə surəsinin 72-ci ayəsində buyurulur:

“Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur.

Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!”

Ayəyə əsasən bir mömin üçün ən böyük nemət Allahın ondan razı qalmasıdır.

Quran bu razılıq əlamətini ən böyük naliyyət və qələbə hesab edir. O dünyanın ən böyük nemətidir bu.

Bu dünyada isə işlərində yalnız Allahın razılığını nəzərdə tutan insanın duasının qəbul olmasına təzminat verilir.

Biharul-Ənvar əsərində (cild-43, səh-351) gələn hədisə əsaəsn İmam Həsən (ə) belə buyurub:

“Mən, qəlbində Allahın razılığından başqa bir şey keçməyən şəxsin duasına zaminəm. Zaminəm ki o, dua edər, Allah da qəbul edər”
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031