MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
Müəllif: admin1
Tarix: 14-01-2022, 22:11
MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ

Ərəb ədəbiyyatında “nifaq” sözü gizlətmək, küfr etmək və zahirdə imanlı olmaq mənasını bildirir.

Qurani-Kərimdə də zahirdə İslamı qəbul edib, batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılmışdır. (Əqidədə yaranan) Bu nifaq əməldə, aşağıdakı xüsusiyyətlərə malikdir:

Münafiqlərin siyasi xüsusiyyətləri:

1-Biganələrlə dostluq etmək. (“Mücadilə” surəsi, ayə: 14.)

2-Vilayət məqamından üz çevirmək. (“Nur” surəsi, ayə: 47-48.)

a) Dini hökuməti qəbul etməmək. (“Nisa” surəsi, ayə: 60-61; “Münafiqun” surəsi, ayə: 7.)

b) Vilayət göstərişlərinin (əməli olaraq) əksinə çıxmaq. (“Nur” surəsi, ayə: 62-63.)

3-Fürsətdən istifadə etmək. (“Nisa” surəsi, ayə: 141; “Əhzab” surəsi, ayə: 19-20.)

4-Möminləri təhqir etmək. (“Hud” surəsi, ayə: 27; “Şüəra” surəsi, ayə: 111; “Tövbə” surəsi, ayə: 79.)

5-Fitnə-fəsad törətmək. (“Tövbə” surəsi, ayə: 47-48.)

6-Psixoloji qalmaqal yaratmaq. (“Əhzab” surəsi, ayə: 13.)

7-Günahları yozmaq. (“Nisa” surəsi, ayə: 62-63.)

Münafiqlərin psixoloji xüsusiyyətləri:

1-Özünü böyük görmək. (“Münafiqun” surəsi, ayə: 5; “Bəqərə” surəsi, ayə: 206.)

2-Qorxu içində olmaq. (“Əhzab” surəsi, ayə: 8-35.)

3-İztirab və həyəcan içində olmaq. (“Tövbə” surəsi, ayə: 56 və 64.)

4-İnadkarlıq. (“Bəqərə” surəsi, ayə: 18; “Əraf” surəsi, ayə: 179.)

5-Mənəvi süstlük. (“Nisa” surəsi, ayə: 108 və 142; “Tövbə” surəsi, ayə: 54.)

6-Nəfsani istəklərə uymaq. (“Mühəmməd” surəsi, ayə: 16.)

Münafiqlərin əxlaqi xüsusiyyətləri:

1-Özlərini göstərmək:

a) Yalan danışmaq və riya. (“Münafiqun” surəsi, ayə: 1; “Bəqərə” surəsi, ayə: 11-12.)

b) Yalan and. (“Münafiqun” surəsi, ayə: 2; “Tövbə” surəsi, ayə: 56.)

v) Özlərinin yanlış üslublarını yozmaq. (“Tövbə” surəsi, ayə: 42.)

q) Zahirlərinə fikir vermək. (“Münafiqun” surəsi, ayə: 2; “Bəqərə” surəsi, ayə: 204.)

d) Yalan vədələr vermək. (“Tövbə” surəsi, ayə: 75-77.)

2-Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq. (“Əhzab” surəsi, ayə: 12; “Ali-İmran” surəsi, ayə: 154.)

Münafiqlərin ictimai xüsusiyyətləri:

1-İman və islahat şüarları. (“Nur” surəsi, ayə: 47.)

2-İnsanları yaxşı işlərdən yayındırıb, çirkin işlərə dəvət etmək. (“Tövbə” surəsi, ayə: 67.)

3-Paxıllıq etmək. (“Tövbə” surəsi, ayə: 67; “Əhzab” surəsi, ayə: 19; “Münafiqun” surəsi, ayə: 7.)

4-Möminlərdə eyb axtarıb, onları istehza etmək. (“Bəqərə” surəsi, ayə: 14; “Tövbə” surəsi, ayə: 79.)

5-Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək. (“Ali-İmran” surəsi, ayə: 120; “Nisa” surəsi, ayə: 72; “Tövbə” surəsi, ayə: 50.)

6-Kin-küdurət saxlamaq. (“Ali-İmran” surəsi, ayə: 118.)



Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31