İBADƏTLƏRİMİZLƏ QÜRRƏLƏNMƏYƏK
Mьəllif: admin1
Tarix: 28-07-2016, 00:06
İBADƏTLƏRİMİZLƏ QÜRRƏLƏNMƏYƏK

İbadətin qəbuluna əmin olmayan insan ibadətlərlə qürrələnə bilərmi?!
Qürur və təkəbbür ibadətin böyük bəlalarındandır.
Bu bəladan necə uzaqlaşmalı?
Aşağıdakı nöqtələrə diqqət yetirib namaz və sair ibadətləri puç edən bu bəlanın qarşısını almaq olar:

Həqiqətən ibadət etmişikmi?
Bəzən insan boş-boş işləri qiymətli zənn edib Allaha ibadət etdiyini düşünür. Bəzən nalayiq bir iş insanın gözündə yaxşı iş kimi cilvələnir. Bütün bunlar İblisin fəaliyyətidir. Quran bəzi ayələrdə pis əməli bəzəmək məsələsinə işarə edir: “Pis əməli gözündə bəzənmiş insan onu yaxşı sayır.” (“Fatir” surəsi, ayə 8.) “O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini zənn edirlər.” (“Kəhf” surəsi, ayə 104.) “Pis əməlləri onlara gözəl görünmüşdür.” (“Tövbə” surəsi, ayə 37.)

İbadətlərimiz qəbul olurmu?
“İbadətin qəbul şərtləri və nişanələri” mövzusunda oxuyacaqsınız ki, ibadət və namazın ən mühüm dəyəri onların qəbul olmasıdır. Allah təqvalı və saleh bəndələrdən ibadətləri, infaq və sədəqələri qəbul edir.” (“Maidə” surəsi, ayə 27; “Tövbə” surəsi, ayə 53.)
İbadətin qəbuluna əmin olmayan insan ibadətlərlə qürrələnə bilərmi?!

İbadətlərimiz puç olmayıbmı?
Bəzi günahlar bir ömür namaz və ibadətləri puça çıxarır. Bununla da insanlar əməl bazarından əliboş qayıdırlar. Günahla yanaşı olan namaz və ibadətlər puç olmayıbmı?! Biz bu ibadətlərlə razılaşa bilərikmi?! (“Hud” surəsi, ayə 16; “Furqan” surəsi, ayə 23.)

Aqibətimiz gözəl olacaqmı?
Pis aqibətə düçar olanlar çoxdur. Gözəl aqibət ilahi övliyaların daim Allahdan istədikləri böyük nemətdir. Həzrət Yusif (ə) Allahdan istəyir ki, onu müsəlman öldürsün: “Mənim canımı müsəlman olaraq al.” (“Yusuf” surəsi, ayə 101.)
Ağıl sahibləri Allahdan istəyirlər ki, onları yaxşılarla birlikdə öldürsün: “Canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al.” (“Ali İmran” surəsi, ayə 193.)
Bu yolda əbədi qalmaq üçün doğru yola hidayət istənilməlidir. Quran bir neçə yerdə bildirir ki, aqibət müttəqilərindir. (“Əraf” surəsi, ayə 128; “Hud” surəsi, ayə 49; “Qəsəs” surəsi, ayə 83.)

Şeytan bir o qədər ibadətlə Allahın hüzurundan qovulmadımı?!
Bir ömür namaz və ibadətlərdən sonra azğın halda dünyadan gedənlər olmadımı?! Demək, hazırkı vəziyyətimizlə qürrələnməməliyik!
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031