Qurani-Kərimdə ailə rabitəsinin əsası
Mьəllif: admin1
Tarix: 14-01-2022, 11:41
Qurani-Kərimdə ailə rabitəsinin əsası
Qurani-kərim sevgi və mərhəməti ailə rabitəsinin əsası sayır. Bu bağlılıq şəhvət və maddi təmənna bağlılığından üstün və ucadır.

Quran təbirincə: “Sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və aranızda sevgi və mərhəmət qərar verdik.”[1]

Sevgi və mərhəmət üzərində qurulmuş rabitənin yalnız ər-arvad və övlad üçün yox, bütün cəmiyyət üçün çox xeyirli və bərəkətli təsirləri var.

Ailə təməli tənəzzülə məruz qalmış cəmiyyətin aqibəti qaranlıqdır. Belə bir cəmiyyət gec ya tez dağılasıdır.

Deyilənləri nəzərə almaqla ailə təməlinin möhkəmliyinin nə dərəcədə əhəmiyyətli olduğu başa düşülür.

[1] “Rum”, 21.

(ahliman.info)
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031