İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək
Müəllif: Admin
Tarix: 4-07-2018, 17:03
İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək
Dünyanın sonuna bir gün qalsa belə bir xilaskar gəlib, yer üzündə ədaləti bərpa edəcək. Bu məsələ təkcə Quranda deyil digər səmavi kitablarda da gəlib və bütün dinlərin ortaq cəhətlərindən biridir.

Dünyanın sonuna bir gün qalsa belə Allah o günü o qədər uzadar ki ədaləti Mehdinin vasitəsilə bərpa etmək mümkün olsun. İmamın zühuru üçün bir çox əlamətlər deyilibdir. Onlardan biri də İmamın Kəbədə evində xilaskar olmasını bəyan etməsidir.

İmam Zaman ilk sözünü necə başlayacaq?

İmam Baqir (ə) buyurub: “Onun deyəcəyi ilk söz bu ayə olacaq: “Əgər möminsinizsə, (bilin )(ki,) Allahın saxladığı (Bəqiyyətullah) sizin üçün daha xeyirlidir”(Hud-86). Ayədən sonra İmam deyər: Allahın Bəqiyyətullahı və sizin üçün yer üzündə saxladığı mənəm. Mən onun canişini, və sizin üzərinizdə olan höccətiyəm.
Bu zaman ona salam verən bütün müsəlmanlar deyərlər: Salam olsun sənə ey Bəqiyyətullah


(Kəmaluddin, səh-331, hədis-16)


/İslaminSesi.info/
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031