Niyə İmam Mehdi (ə) Kəbə evinə bənzədilib?
Mьəllif: admin1
Tarix: 5-08-2016, 17:57
Niyə İmam Mehdi (ə) Kəbə evinə bənzədilib?
Dünya zülm və fəsadla dolduğu zaman bir xilaskar zühur edib fəsadı aradan qaldırar və dünyanı ədalətlə doldurar. Bütün səmavi dinlər bu həqiqəti qəbul edir. Sağlam düşüncəli insanın fitrəti və mənəviyyatı da bu ədaləti Allahdan tələb edir.

Həzrət Peyğəmbər buyurur: Dünyanın axırına bir gün qalsa belə Allah o günü o qədər uzadar ki Fatimənin övladından adı və künyəsi mənimki kimi olan biri zühur edib, dünya zülmlə dolduğu halda onu ədalətə bürüyər” (Sunən Əbu-Davud, Babul-Məhdi)

On ikinci imam İmam Mehdi qeybdə olsa da əlçatmaz deyil. Möminlər ondan bəhrələnə bilər. İmam Mehdi buyurur:

“Mən qeybdə olan zaman məndən bəhrələnmək günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnmək kimidir. Ulduzlar göy əhlinin əmin-amanlıq amili olduğu kimi mən də yer əhlinin əmin-amanlıq amiliyəm”

Belə olan halda imamın gəlməsi və hamının ondan bəhrə apara bilməsi üçün insanlar nə edirlər? əl-İntizar əl-İntizar deyib oturmaqla iş bitirmi?

Doğrudur ki intizar ibadətlərin ən fəzilətlilərindən hesab edilir. Lakin bununla yanaşı yaxşı işlərə sözq etmək, pis işlərdən çəkindirmək prinsipi möminin qarşısında duran əsas ilahi vəzifələrdəndir. O həyata keçirilməlidir ki imamın istədiyi cəmiyyət formalaşsın. Yalnız əl-İntizar kifayət deyil. Qurani-Kərimin Ənfal surəsində 60-cı ayənin buyurduğu kimi “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz” hazırlıq görmək lazımdır ki, imam düşmənlərə qarşı əliboş olmasın. Dinin və ədalətin bərpası üçün lazımi ictimai siyasi xidmətlərin göstərilməsindən qorxaraq, əl-İntizar əl-İntizar deyib oturmaq və proseslərə qarşımamaq şeytani vəsvəsə deyilmi!?

Həzrət Fatimeyi-Zəhra (ə) buyurur:

“Allahın Rəsulu buyurdu ki imam Kəbə evi kimidir ki ona sarı getmək lazımdır. İnsanlar gözləməməlidir imam onlara gəlsin”.islaminsesi\

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930