Cümə günü – həftə günlərinin sərvəridir
Müəllif: admin1
Tarix: 5-11-2021, 10:55
Cümə günü – həftə günlərinin sərvəridir
Həzrət Peyğəmbər (s) buyurur: “Cümə günü – günlərin sərvəridir. Allah yaxşılıqları onda bir neçə bərabər edər və günahları aradan aparar. Dərəcələri yuxarı qaldırar və dualar onda qəbul olar. Qəmlər aradan gedər və böyük hacətlər yerinə yetər”.

Hər bir ölkədə həftənin bir günü tətil günü olar və bu tətil gününün olması zəruridir. İslam dini bizi məcbur etmir ki, mütləq cümə gününün səhərindən axşamına qədər tətil etməliyik. “Cümə” surəsində buyurur ki, insanlar namazdan sonra öz işlərinə qayıda bilər və öz peşələri ilə məşğul ola bilərlər.

Eyni zamanda dinimiz buyurur ki, əgər bu günü tətil etsən, sileyi-rəhm etsən, ibadət etsən – savabı başqa günlərdən daha çoxdur.

Hər bir halda cümə bütün müsəlmanların ehtiram qoyduğu bir gündür və bir mömin üçün cümə günü bayram sayılır. Bəzilərinin nəzərinə görə, ona görə bu günü cümə adlandırıblar ki, insanlar namaz üçün məhz bu gündə bir yerə toplaşarlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim iman üzündən və İlahi savaba çatmaq üçün cümə namazına gedər, əməllərini başdan başlayar”. (Yəni, bütün günahları bağışlanar)”.

Həzrət Peyğəmbər (s) buyurur: “Cümə namazı – yoxsulların həccidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim üç cümə namazını ona əhəmiyyət verməmək üzündən tərk edərsə, Allah qəlbinə möhür vurar”.

Bu günün gecə və gündüzünün əhəmiyyəti barəsində çox sayda hədislərimiz vardır və bu gün üçün çox sayda dua və ibadət tövsiyə olunmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: “Cümə günü – ən mühüm günlərdəndir və Allah yanında Qurban və Fitr bayramlarından da əzizdir”.

İmam Baqir (ə) buyurur: “Cümə günündə yaxşılıq və pisliklər bir neçə bərabər (hesab) olunar”.

İmam Sadiq (ə) buyurur: “Hər cümə günündə Allahın, mömin bəndələrinə kəraməti olar”.

Ən mühüm olanı isə hər bir mömin cümə günü Həzrət Məhdiyə (ə.f) və onun fərəcinin tezləşməsinə diqqət etməlidir. Bu gündə Həzrəti (ə.f) ziyarət etmək və fərəcinin tezləşməsi üçün dua etmək – müstəhəb əməllərdəndir.

Çünki hədislərimizin buyurduğuna görə, İmam (ə.f) məhz cümə günündə zühur edəcəkdir.

İmam Sadiq (ə) buyurur: “Bizim Qaim (ə.f), cümə günü qiyam edəcəkdir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930