Özündən razı qalmağın afətləri
Mьəllif: admin1
Tarix: 30-12-2016, 23:57
Özündən razı qalmağın afətləri
Özündən razı qalmaq zahiri əməllərlə nəticələnməsə günah deyil. Lakin bu razılıq əlaməti digərləri qarşısında lovğalığa və təkəbbürə səbəb olsa günah hesab edilər. Əksər hallarda özündən razı qalmaq təkəbbürlə nəticələnir.

Özündən razı qalan şəxs öz eyblərini görməzdən gələr. Amma problemlərin kökünü axtaran zaman iradları digərlərində tapmağa çalışar. Bunu sübut etmək üçün yalan və bəzən də böhtana əl atar. Bu zaman özündən razı qalan insandan narazı qalanların sayı artar və çoxları bu adamdan qəzəbli olarlar.

İmam Əli (ə) buyurub: "Özündən razı olan adam eyblərini görə bilməz."

Digər bir hədisdə İmam Hadi (ə) buyurub: Özündən razı olan insana çoxları qəzəblənər.

(Uyunul-Hikəm vəl-Məvaiz)


İslaminSesi.info
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31