Yunis Nəqqaşın üzük əhvalatı
Mьəllif: admin1
Tarix: 28-11-2020, 11:02
Yunis Nəqqaşın üzük əhvalatı

Ey mənim mövlam, ailəmi sənə tapşırıram. Onlara qəyyumluq edin.

İmam Hadinin (ə) dostlarından və şiələrindən olan Yunis Nəqqaş deyir:

Bir gün pərişan və qorxu içində imam Hadinin (ə) yanına gəlib dedim: Ey mənim mövlam, ailəmi sənə tapşırıram. Onlara qəyyumluq edin.

İmam buyurdu: "Nə olmuşdur?”

Dedim: Ölümə hazırlaşmışam.

İmam təbəssüm edərək buyurdu: "Nə üçün ey Yunis?”

Dedim: Mütəvəkkilin qoşun başçısı Musa ibn Buğa mənə qiymətli daş-qaş vermişdi ki, onun üzərinə naxış salım. Ancaq ehtiyatsızlıq üzündən o mənim əlimdən düşərək iki yerə bölündü.

Səhər üzüyü təhvil verməliyəm. Əgər Musa daş-qaşı sındırdığımı görsə, mənim qətlimə, ya da mənə min qamçı vurulmasına əmr edəcək.

İmam buyurdu: "Evinə qayıt. Səhərə qədər xeyirdən başqa heç bir hadisə baş verməyəcək”.

Çox narahat halda evimə qayıtdım və o gecəni min zəhmətlə başa vurub, sübh tezdən bərk pərişan və narahat halda yenə imam Hadinin (ə) evinə gedib dedim: "Musanın adamı gəlib daş-qaşı məndən istəsə nə edim?”

İmam buyurdu: "Musanın evinə get. Xeyirdən başqa bir şey görməyəcəksən”.

Yenə iztirabla soruşdum: Ey mənim mövlam! Musaya nə deyim?

İmam Hadi (ə) gülümsünərək buyurdu: "Musanın yanına get və hər nə desə eşit. Xeyirdən başqa heç nə olmayacaq”.

Yunis deyir ki, Musanın evinə getdim. Sonra şad və gülə-gülə imam Hadinin (ə) yanına qayıtdıb dedim: Ey mənim mövlam! Musanın yanına getdim.

O, mənə dedi ki, kiçik qızlarım bu daş-qaşa görə dava-dalaş salıblar. Əgər mümkündürsə, onu iki yerə böl və hər birinin üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm.

Şiələrinin biri Allahın köməyi və onun duası ilə zalımın şərindən xilas olduğu üçün imam Hadi (ə) Allaha həmd və şükür etdi.

Sonra soruşdu: "Bəs, Musaya nə dedin?”

Dedim: Musaya dedim ki, onu iki yerə bölmək və düzəltmək üçün mənə möhlət ver.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930