Camaat namazının fərdi namazdan üstünlüyü
Mьəllif: admin1
Tarix: 30-06-2020, 10:25
Camaat namazının fərdi namazdan üstünlüyü
İslam dini müsəlmanların vəhdətinə və bir olmasına böyük əhəmiyyət verir. Belə ki, Quran buyurur: “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın”. (“Ali-İmran” 103).

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın əli camaatladır”.

Əgər hədislərimizə müraciət etsək, görərik ki, o zaman ki, müsəlmanlar cəm halında dua edərlər, duaları qəbul olar.

Əgər bir cənazənin yanında 40 mömin onun yaxşı insan olmasına görə şəhadət verər və dua edərsə, Allah onların şəhadətini qəbul edər və onun günahlarını bağışlayar.

Camaat namazı elə bir namazdır ki, dinimiz onu çox tövsiyə etmişdir.

Vacib namazları camaat halında qılmaq təkid olunmuş müstəhəblərdəndir.

Onu tərk edən insan o qədər məzəmmət olunmuşdur ki, insan onu vacib əməl hesab etməyə başlayır.

Quran buyurur: “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın)”. (“Bəqərə” 43).

Ayətullah Cavadi Amuli bu ayənin təfsiri barəsində buyurur: “İman əhlinə əmr edilmişdir ki, əvvəlcə hər biri namaz və rüku əhli olsun.

İkincisi – namazı bir yerdə qılsınlar. Bu əməlin meyarı – namazın vəhdətidir. Bu vəhdət isə ancaq camaat namazında özünü göstərir”.

İmam Sadiq (ə) camaat namazının fəziləti barəsində buyurur: “Camaatla qılınan namaz, tək qılınan namazdan 24 dərəcə üstündür”.

Həzrət Peyğəmbər (s) buyurur: “Camaat namazı, fərdi qılınan namazdan 25 dərəcə üstündür”.

Bir nəfər İmam Rzaya (ə) sual verir ki, Kufə məscidində qılınan namaz üstündür, yoxsa camaat namazı? Həzrət (ə) buyurur: “Camaatla qılınan namaz üstündür”.

Bir halda ki, hədislərimiz buyurur ki, Kufə məscidində qılınan namaz min namaza bərabərdir.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Əgər imam-camaata bir nəfər iqtida edərsə, onların namazının hər bir rükəti 150 namazın savabına malik olar.

Əgər iki nəfər iqtida edərsə, hər rükətin 600 namaz savabı olar. Hər nə qədər artarsa, namazın savabı da artar o yerə qədər ki, on nəfərə çatar.

O zaman ki, sayları 10-nu keçər, əgər bütün səma kağız və dənizlər mürəkkəb, ağaclar qələm, cinlər, inslər və mələklər yazan olarsa, onun bir rükətinin savabını yaza bilməzlər”.

Hədislərimiz camaat namazını tərk edənləri məzəmmət edir. İmam Əli (ə) buyurur: “Hər kim nidanı (azanı) eşidər, ancaq üzrü olmadan cavab verməzsə (camaat namazında hazır olmazsa) onun üçün namaz olmaz”. (Yəni, namazı kamil olmaz).

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “O kəs ki, məsciddə müsəlmanlarla namaz qılmır, onun üçün namaz olmaz, məgər o halda ki, üzrü olar””.

Camaat namazının əhəmiyyəti o qədər böyükdür ki, həzrət Peyğəmbər (s) o şəxs ki, kor olur və heç kəs olmur ki, onu məscidə gətirsin, ona belə buyurur: “Məscidlə evin arasında kəndir çək və bu kəndiri tutaraq özünü məscidə çatdır, camaatın fəzlindən məhrum olma”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Namaz camaatladır (gərək olsun), baxmayaraq ki, nizənin üstündə olsa belə”.

Bu hədis bir metaforadır, obrazlı deyimdir. Nəzərdə tutulur ki, hər nə şəraitdə olursansa-ol, özünü camaat namazına çatdırmalısan.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031