İslamın nəzərində yetkinlik yaşı. İmam Sadiqin (ə) kəlamında cavanlar barədə
Müəllif: admin1
Tarix: 21-10-2021, 17:42
İslamın nəzərində yetkinlik yaşı. İmam Sadiqin (ə) kəlamında cavanlar barədə
İmam Sadiq (ə) o Məsum İmamlardan (ə) idi ki, cavan nəslə həmişə diqqət edir və onlara dəyərli nəsihətlər verirdi.

O zaman ki, Muhəmməd ibni Abdullah qiyam edir və insanları özünə tərəf dəvət edir,

İmam (ə) ona belə bir nəsihət verir: “Ey qardaşımın oğlu! Cavanlara diqqət et və qocaları boş burax”.

İmam (ə) nurani kəlamlarında bildirir ki, cavanlar haqqı tez qəbul edən, xeyir və yaxşılığa tərəf tələsən və bunun üçün daha çox hazırlığı olan insanlardırlar.

İmam Sadiq (ə) Əbu Cəfər Əhvəldən soruşur: “Bəsrəyə getmisən?”.

Deyir: “Bəli”.

Buyurur: “İnsanların imaməti qarşılamalarını və onların bu məramını necə gördün?”.

Deyir: “Allaha and olsun ki, Əhli-Beyt (ə) davamçıları azdırlar, səy göstərdilər. Ancaq yenə də azdır. İmam (ə) buyurur: “Cavanlar xeyir və yaxşılığı (qəbul etməkdə) tələsəndirlər”.

Qurani-Kərim cavanlar barəsində buyurur: “O, cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik”. (“Yusif” 22).

İmam Sadiq (ə) bu ayənin təfsiri haqqında buyurur: “Yetkinlik, yəni 18 yaşdır. Kamal həddi, yəni saqqal çıxardan zamandır”.

İmam Sadiq (ə) tez-tez buyurardı: “Cavanlarınızı iki haldan qeyrisində görməyi sevmirəm: alim və ya tələbə. Əgər (cavan) belə etməzsə, səhlənkarlıq edər. Əgər səhlənkarlıq edərsə, məhv olar. Əgər məhv olarsa, günah edər. Əgər günah edərsə, Muhəmmədi (s) haqq olaraq məbus edən Kəsə and olsun ki, cəhənnəm onun yeri olacaqdır”.

İmamın (ə) nəzərinə görə cavanlar ömürlərinin ən gözəl çağını elm öyrənməyə və öyrətməyə sərf etməlidirlər. Əgər bu yolda səhlənkarlıq edərsə, günah etmiş olar. Çünki cavanlığını məhv etmiş olar.

İnsanın mənəvi cəhətdən inkişaf etməyinin ən gözəl çağı – cavanlıq çağıdır. İslam Peyğəmbəri (s) buyurur: “Böyük Allah ibadət edən cavana görə mələklərin yanında iftixar edər, buyurar: “Bəndəmə nəzər salın! Mənim üçün nəfsinin istəklərini kənara qoymuşdur””.

İmam Sadiq (ə) bu haqda buyurur: “Həqiqətən, də Allah yanında ən sevimli bəndə - az yaşlı və xoş simalı cavandır ki, cavanlıq və gözəlliyini Böyük Allaha itaət yolunda qərar vermişdir. Böyük Allah onunla mələklərin yanında iftixar edər və buyurar: “Bu, Mənim həqiqi bəndəmdir”.

Gözəl əxlaq hər bir yaşda lazımlı və faydalıdır. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq dinin bir hissəsidir və ruzini artırar”.

İmam (ə) cavanları evliliyə təşviq edir və buyururdu: “Ənsardan olan bir nəfər Peyğəmbərin (s) yanına gəlir və ehtiyacları barəsində şikayət edir.

Həzrət (s) ona buyurur: “Evlən”. Evlənəndən sonra cavanın həyatında rifah meydana gəlir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31