Təkbirin, rükunun, səcdənin, təşəhhüdün, salamın mənasını Həzrət Əli (ə) izah edir
Müəllif: Admin
Tarix: 18-01-2018, 22:30
Təkbirin, rükunun, səcdənin, təşəhhüdün, salamın mənasını Həzrət Əli (ə) izah edir
Cabir ibni Abdullar Ənsari nəql edir: “Bir gün mövlam İmam Əli (ə) ilə birlikdə idim. Bir nəfəri gördüm ki, namaz qılır.

İmam (ə) ona xitab edib buyurdu: “Namazın mənasını bilirsənmi ki, necə olmalıdır?”.
Həmin şəxs dedi: “Məgər namazın mənası ibadətdən qeyrisidirmi?
Həzrət (ə) buyurdu: “Bəli. Namazın təfsiri vardır ki, ubudiyyətin bütün mənası onda olar”.
İmam (ə) buyurdu: “İlk təkbir odur ki, Allah Sübhan və pakdır.

İkinci təkbir odur ki, Allah hərəkət və sükut edən deyildir.

Üçüncü təkbir odur ki, Onu cismə oxşatmaq olmaz.

Dördüncü təkbir odur ki, Allaha heç bir şey üz verməz.

Beşinci təkbir odur ki, Allahın nə xüsusi məkanı vardır və nə də bir şey Ona yaxınlaşa bilər.

Altıncı təkbirin mənası budur ki, aradan getmək, dəyişmək, köçmək Allaha aid deyildir.

Yeddinci təkbir odur ki, biləsən Sübhan Allahın başqa cisimlər kimi bədəni və üzvləri yoxdur.

Rükunun mənası odur ki, deyəsən: “Allahım! Mən sənə iman gətirmişəm və boynumu vursalar belə, ondan əl çəkmərəm”.

Başını rükudan qaldıran zaman deyirsən: “Allahım! Sən məni yoxdan yaratdın və mən bir şey deyildim və deyiləm. Mütləq varlıq Sənsən”.

O zaman ki, başını səcdəyə qoyursan, deyirsən: “Allahım! Məni torpaqdan yaratmısan” və başını səcdədən qaldırmaq – yəni məni torpaqdan xaric etmisən.

Elə ki, ikinci səcdəyə gedirsən, deyirsən: “Allahım! Sən məni torpağın içinə geri qaytarırsan”.

Başını səcdədən qaldırıb deyirsən: “Allahım! Məni həmin torpağın daxilindən Qiyamət günü əməllərin hesabı üçün xaric edəcəksən”.

Təşəhhüdün mənası əhdi təzələmək və Allahın vahidliyinə etiqad bəsləməkdir. Həmçinin Peyğəmbərin (s) nübuvvətinə və Əhli-Beytin (ə) vilayətinə şəhadət verməkdir.

Salamın mənası Allah tərəfindən namazqılan bəndəyə salam və mərhəmətdir ki, həqiqətdə Qiyamət əzabından amandır”.


Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031