Həqiqəti göstərən eynək
Mьəllif: admin1
Tarix: 2-09-2017, 20:58
Həqiqəti göstərən eynək

Bəzi insanlarda başqalarının eybini axtarmaq adət halını alıb.
İmam Əli (ə) buyurub:

"Öz səhvini görənin gözündə başqalarının səhvi kiçik görünür."
“Qürər əl-hikəm”, c. 5, səh. 362.

Bəzi insanlarda başqalarının eybini axtarmaq adət halını alıb.
Başqalarının eyib və səhvlərini mikroskopla axtarmaq, onları başqalarına da danışmaq və böyütmək öz eyiblərindən xəbəri olmayan, özünü nöqsansız görənlərin məşğuliyyətidir.
Qürur, qəflət insanın özünü eyibsiz, nöqsansız görməsinə zəmin yaradır.
Bizim səhvlərimiz başqalarının səhvindən az deyil. Elə isə nə üçün başqalarının canına düşür, onların səhvini məclislərdən məclisə gəzdirir və qeybətini edirik? Özümüz həmin eyib və səhvlərdən geri qalırıqmı? Başqalarına iki gözlə baxırıqsa, özümüzə, səhvlərimizə dörd gözlə baxmalıyıq. O zaman görəcəyik ki, başqalarının səhvi o qədər də böyük və şişirtməli deyilmiş.
Çünki bizim də onlar kimi səhvlərimiz var. Axı, qürur nəyə lazımdır?
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30