Vəhdət həftəsi nədir?
Mьəllif: admin1
Tarix: 28-10-2020, 10:45
Vəhdət həftəsi nədir?
Sual: Vəhdət həftəsi nədir?

Cavab: Məlum olduğu kimi, Həzrət Məhəmməd Peyğəmbərin (s) doğum günü sünni aləmində rəbiül-əvvəl ayının 12-də, şiə dünyasında isə həmin ayın 17-də qeyd edilir.

Bu iki tarix arasında qalan günləri vəhdət həftəsi kimi elan ediblər. Bu təşəbbüs İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası (Məcmə əl-təqrib beyn əl-məzahib əl-islamiyyə) tərəfindən irəli sürülmüşdür.

Həmin günlərdə müsəlmanların vəhdətinə həsr edilmiş böyük elmi-praktik konfrans keçirilir.

Dünyanın şiəli-sünnili onlarla ölkəsindən nümayəndələr və ən nüfuzlu din xadimləri hər il bu konfransa qatılırlar.

Konfransda məzhəblərarası qarşıdurmaların səbəblərini araşdıran, bunları aradan qaldırmaq yollarını təklif edən, şiə-sünni birliyinin əsas istiqamətlərini göstərən məruzələr səslənir.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031