Rəvayətlərdə qorxu və ümid
Mьəllif: admin1
Tarix: 1-02-2022, 10:31
Rəvayətlərdə qorxu və ümid

İmam Sadiq (ə) buyurur: "Loğman öz oğluna dedi: Oğlum! Allahdan elə qorx ki, sanki əgər bütün cin və insanların savabını qazanmış olsan yenə sənə əzab verəcək və Allaha o həddə ümidvar ol ki, sankı bütün insan və cinlərin günahını qazanmış olsanda yenə səni əfv edəcəkdir".

Allahdan qorxmaq, onu tanımağın nişanəsidir

İmam Əli (ə) buyurur: "Allahı ən yaxşı tanıyan şəxs, ondan daha çox qorxanıdır".

Düzgün davranış, qorxu və ümidin əlamətidir

İmam Sadiq (ə) buyurur: "İnsan o vaxt mömin hesab olar ki, həm Allahdan qorxsun, həmdə onun rəhminə ümidvar olsun. Allahdan qorxub, onun rəhminə ümidvar olan şəxs, gərək qorxduğu və ümid bəslədiyi şeylərədə əməl etsin".

Günahlardan qorxub,Allahın rəhmətinə ümid bəsləməliyik

İmam Əli (ə) buyurur: "Sizdən heç biriniz Allahdan başqasına ümid bağlamamalıdır".

Yalançı ümidlərdən uzaq olmalıyıq

İmam Məhəmməd Baqir (ə) buyurur: "Yalançı ümidlərdən uzaqlaş ki, səni həqiqi qorxuya düçar edər".

Allahdan qorxmağın insana təsirləri

1- Allahdan qorxmaq nəticəsində, insan günahdan çəkinər.

İmam Əli (ə) buyurur: "Qorxu, günah etməmək üçün nəfsi zindana salmaq və insanı günahlardan uzaqlaşmaq üçün bir vasitədir".

2- Allahdan qorxmaq insanın yüksəlişinə səbəb olar

Peyğəmbər (s) buyurur: "Hər kim Allahdan qorxsa, Allah elə edər ki, hamı ondan qorxsun və hər kim Allahdan qorxmasa, Allah elə edər ki, o hər kəsdən qorxsun".

3- İnsan Allahdan qorxsa, Allah dərgahında ən üstün şəxs hesab olar

Peyğəmbər (s) buyurur: "Allaha ən yaxın insan, Allahdan ən çox qorxandır".

4- Allahdan qorxmaq insanı zülm etməkdən uzaqlaşdırar

İmam Əli (ə) buyurur: "Allahdan qorxan şəxs, zülmdən uzaq olar".


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031