KƏRBƏLA ŞƏHİDİ: ƏNƏS İBN HARİS KAHİLİ
Müəllif: admin1
Tarix: 8-10-2018, 10:10
KƏRBƏLA ŞƏHİDİ: ƏNƏS İBN HARİS KAHİLİ
Kufənin adlı-sanlı şiələrindən olan Ənəs ibn Haris Bəni-Əsəd qəbiləsinin “Kahil” qolundandır, həm özü, həm də atası Haris İslam Peyğəmbərinin (s) səhabələrindən sayılır.

Tarixdə göstərilir ki, Ənəsin atası Haris Peyğəmbərin (s) kənarında “Bədr” və “Hüneyn” döyüşlərində iştirak etmişdir. Onun ravilər silsiləsində adı məşhurdur və Peyğəmbərdən (s) bir sıra hədislər nəql etmişdir.

Şiə və əhli-sünnənin nəql etdiyi aşağıdakı məşhur hədisin ravisi Ənəsdir. O deyir: “Bir gün Peyğəmbərin (s) hüzuruna getmişdim. Hüseyn (ə) o həzrətin kənarında əyləşmişdi. Peyğəmbər (s) buyurdu:

ان ابنی هذا یقتل بارض من ارض العراق، الا فمن شهده فلینصره

“Həqiqətən, bu oğlumu İraq torpağında qətlə yetirəcəklər. Agah olun, hər kim onun dövründə yaşasa, gərək ona yardım etsin!” (“Əbsarul-eyn”, səh.99.)

Başqa bir rəvayətdə isə o həzrətdən belə nəql edir:

إنَّ ابنی هذا یُقْتَل بِأرضٍ یقالُ لَها كَربلاء فَمَنْ شَهِدَ ذلك مِنْكُم فَلْیَنْصُرْهُ

“Həqiqətən, bu oğlumu (yəni Hüseyni) Kərbəla adlı bir yerdə qətlə yetirəcəklər, hər kim onu dərk etsə, ona yardım etsin.” (“Əl-isabə”, 1-ci cild, səh.271; “Əl-mənaqib”, İbn Şəhr Aşub, 1-ci cild, səh.140.)

Nəql olunur ki, Ənəs imam Hüseynin (ə) Kərbəlaya gəldiyini eşitdikdə, Kufədən çıxıb Kərbəlaya doğru hərəkət etdi və gecə ikən o həzrətə qoşuldu. Bəziləri onun “Qəsri Bəni-Müqatil” məntəqəsində, bəziləri də Məhərrəm ayının 6-cı günündə o həzrətə qoşulduğunu qeyd etmişlər.

Ənəs Aşura günündən öncə, imam Hüseynin (ə) istəyi ilə Ömər Sədin yanına getdi ki, ona öyüd-nəsihət versin, bəlkə çirkin niyyətindən əl çəksin. O, Ömər Sədin yanına getdikdə, ona salam vermədi.

Ömər Səd dedi: “Nə üçün mənə salam vermədin? Mən müsəlman deyiləmmi?”

Ənəs dedi: “Sən müsəlman deyilsən, çünki Peyğəmbərin (s) övladını öldürmək istəyirsən.”

Ömər Səd başını aşağı salıb dedi: “Allaha and olsun ki, bilirəm Hüseynin (ə) qatilinin yeri cəhənnəmdir, amma əmir Übeydullah ibn Ziyadın əmrini icra etməkdən başqa çarəm yoxdur.”

Ənəs geri qayıdıb, aralarında gedən söhbətləri imam Hüseynə (ə) xəbər verdi. (“Yənabiul-məvəddət”, 3-ü cild, səh.69.)

Ənəs ibn Haris Aşura günü zöhr namazını imam Hüseynlə (ə) birgə qıldıqdan sonra, digər səhabələr kimi, düşmənlə döyüşmək üçün İmamdan (ə) icazə istədi. İmam (ə) ona icazə verdi. O, aşağıdakı rəcəzi oxuduğu halda döyüş meydanına qədəm qoydu:

قَدْ عَلِمَتْ کَاهِلُنَا وَ ذُودَان والْخِنْدِفِیُّونُ وَ قَیْسُ غَیْلَانَ

بأنَّ قَوْمِی آفَةٌ لِلْأَقْرَانِ یا قَوْمِ کُونُوا کَأُسُودِ خَفَّان

و اسْتَقْبِلُوا الْقَوْمَ بِضَرْب الْآن آلُ عَلِیٍّ شِیعَةُ الرَّحْمن

آلُ حَرْبٍ شِیعَةُ الشَّیْطَان


“Mənim qəbiləm Kahildir. Zudan qəbiləsi, eləcə də, Xindif və Qeys övladları yaxşı bilirlər ki, mənim qövmüm öz düşmənlərinin bəlasıdır. Ey mənim qövmüm! Şücaətli aslanlar tək olun, iti qılınclarınızla düşmənin müqabilində dayanın və onları vurun. Əli (ə) övladları Allahın, Hərbin övladları (Əbu Süfyan, Müaviyə və Yezid) isə şeytanın ordusudur.”

O, Peyğəmbəri-Əkrəmin (s) imam Hüseynlə (ə) bağlı tövsiyəsinə əməl və öz İmamını himayə etdiyi halda, düşməndən bir neçəsini öldürdükdən sonra, özü də 78-80 yaşında ikən şəhadət məqamına nail oldu.

“Nahiyeyi-müqəddəsə” ziyarətində onun da adı çəkilir:

السَّلامُ عَلی‌ انَسِ بْنِ الکاهِلِ الْأَسَدی‌

“Salam olsun Ənəs ibn Kahil Əsədiyə!” (“İqbalul-əmal”, 3-cü cild, səh.346; “Müntəhəl-amal”, 1- ci cild, səh.

Rza Şükürlü
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031