İslam dini - fərdpərəstlik dini deyildir
Mьəllif: admin1
Tarix: 20-02-2023, 07:39
İslam dini - fərdpərəstlik dini deyildir

“Muhəmməd (s) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər.

Buna görə də əgər o, ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükür edənləri mükafatlandıracaqdır”. (“Ali-İmran” 144).

Bu ayə Ühüd döyüşünün ən qızgın vaxtından nazil olmuşdu. O zaman ki, müsəlmanlar ilə bürpərəstlər arasında döyüş alovlanmışdı, anidən bir nəfər qışqırmağa başladı: “Muhəmmədi (s) öldürdülər! Muhəmmədi (s) öldürdülər!”.

Bu o zaman idi ki, Əmr ibni Qəmiyə adlı bir nəfər Peyğəmbərə (s) tərəf daş atır və Həzrətin (s) mübarək alnını və dişini parçalayır. Aşağı dodağı açılır və qan bütün üzündən axmağa başlayır.

Bu zaman düşmən Peyğəmbəri (s) öldürməyə qəsd edən zaman İslam ordusunun bayraqdarı Məsəb ibn Əmir onların hücumlarının qarşısını alan zaman şəhid olur.

O, zahiri görünüşünə görə Peyğəmbərə (s) çox bənzəyirdi. Düşmən də elə bildi ki, Peyğəmbər (s) qanına bulanmış halda torpağa düşmüşdür. Ona görə də Həzrətin (s) ölüm xəbərini yaymağa başladı.

Bu xəbər bütpərəstlərin ruhiyyəsinə müsbət təsir qoydu. Lakin müsəlmanların arasında qəribə bir təşviş meydana gəldi. Bir dəstə bu xəbəri eşidib əl-ayaqdan düşdülər və döyüşü tərk etməyə başladılar.

Hətta bəziləri bu fikirdə idi ki, Peyğəmbər (s) öldüyünə görə İslam dinindən qayıda bilərlər. Btüpərəstlərin rəhbərlərindən aman diləməyə hazırlaşırlar.

Lakin bir dəstə azlıq təşkil etsə də, fədakarcasına düşmənə müqavimət göstərirdi. Onların içində İmam Əli (ə), Əbuzər, Təlhə var idi.

Ənəs ibni Nəzr onların arasına gəlib dedi: “Ey insanlar, Əgər Muhəmməd (s) öldürülübsə, Allahı ki, sağdır. Gedin və Muhəmmədin (s) öldüyü yolda siz də şəhid olun”.

Bunu deyir və düşmənə hücum edir. Lakin tez bir zamanda aydın olur ki, Peyğəmbər (s) sağdır və bu xəbərin yanlış olduğunu yaymağa başladılar. Bu cür vəziyyətdə həmin ayə nazil olur və birinci dəstəni şiddətlə məzəmmət edir.

O dəstə ki, canları üçün nigaran idilər, Allaha pis güman bəslədilər və cahiliyyət dövrünün gümanlarına qayıtdılar. Bu ayə həmin insanların halını bəyan etmək istəyir.

Onların dindarlığı o zamana qədər idi ki, dünya mənfəətləri təmin edilsin. O zaman ki, təhlükə ilə rastlaşarlar, dindən əl çəkib, əvvəlki küfrlərinə qayıdarlar. Ona görə də bu insanlar Peyğəmbərin (s) ölüm xəbərini eşidib, dindən üz döndərdilər.

Bu cür hadisə Hüneyn və Xeybər döyüşündə də baş vermişdi. Bu insanlar həmin döyüşdə də qaçmışdılar.

Nəticədə demək olar ki, bu ayə bizə demək istəyir ki, Həzrət Muhəmməd (s) - Allahın risaləti üçün gəlmiş bir rəsuldur. Nə öz əmrinin malikidir və nə aləm işlərinin.

Aləmin əmri ancaq Allahın əlindədir. Din də Allahın dinidir. Bəs necə olur ki. siz imanınızı Peyğəmbərin (s) sağ olmasından asılı etmisiniz?

Halbuki, Həzrət (s) əgər şəhid olsa və ya dünyasını dəyişsə, dindən əl çəkər və əvvəlki küfrünüzə qayıdarsınız?!

Ənəs ibni Nəzr bəzi səhabələr ilə rastlaşan zaman deyir: “Niyə dayanmısınız?”.

Deyirlər: “Peyğəmbər (s) öldürülmüşdür”.

Deyir: “Onda Həzrətin (ə) ölümündən sonra bu həyatı nə edirsiniz? Yaxşı olar ki, siz də Həzrətin (s) hədəfi yoluda şəhid olasınız”.

Sonra üzünü düşmənə çevirib o qədər vuruşdu ki, şəhid oldu.

Elə insanlar var ki, imanları Həzrətin (s) varlığından asılı idi və o zamana qədər ki, Peyğəmbər (s) sağ idi, həmin insanlar dində idilər. Allah bu cür iman gətirənləri həmin ayədə tənqid edir və onları küfrdə ittiham edir.

Bu ayə Ühüd döyüşündə nazil olmağına baxmayaraq, bütün zamanlardakı müsəlmanlara aiddir. Bu ayə fərdpərəstlik ilə mübarizə aparır.

Hətta əziz Peyğəmbərin (s) də mübarək vücudunun dünyadan köçməsi də gərək insanı dindən ayrı salmasın. Müsəlman gərək bilsin ki, İlahi hədəfə çatmağı insanlardan və ya hansısa şəxsdən asılı deyildir. İnsan gərək hədəfini tanısın və ona çatmağa çalışsın.

Tarixdə də görürük ki, o məktəblər ki, fərddən asılı olaraq təsis edilir, davamlı olmur. Çünki həmin fərd dünyasını dəyişən zaman bu məktəb də aradan gedir.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031