Ayətullah Hadəvi: “Ustad Mütəhərri sağdır, çünki onun düşüncələri sağdır”
Mьəllif: admin1
Tarix: 1-05-2020, 18:16
Ayətullah Hadəvi: “Ustad Mütəhərri sağdır, çünki onun düşüncələri sağdır”
Əhli-beyt (ə) beynəlxalq cəmiyyətin Ali şurasının üzvü deyir: “Şəhid Mütəhərri təhrif edilmiş məktəblər qarşısında dərin elmi ədəbiyyata malik idi. Bu məktəblərin qarşısında güclü məntiqlə öz düşüncələrini bəyan edərdi”.

Məhdi Hadəvi Qum elmi mədrəsəsinin qarşısında demişdir: “Ustad Mütəhərri nizamlı, işgüzar və təvazökar şəxsiyyət idi. Tələbələr də gərək bu alimi özlərinə nümunə hesab etsinlər.

Şəhid Mütəhərri dərslərdən və hövzə bəhslərindən başqa, öz zamanının məsələlərinə də agah bir insan idi. Nəticədə öz fikirlərini oxuculara onların başa düşdüyü dildə təqdim edərdi. Şəhid Mütəhərri İslamın əsas biliklərinə yiyələnmiş bir alim idi və bu məsələdə İslamla tanış olmaq istəyənlər üçün faydalı olar.

Şəhid Mütəhərinin əsərləri sadə olmağı ilə yanaşı, dərin elmi mahiyyətə malikdirlər. Ali məqamlı alim olan Şəhid Mutəhərri, təhrif olunmuş düşüncələr haqqında da dərin biliyə malik idi və ona görə də bütün məktəblərin qarşısında danışmağa sözü vardı.

Təhrif edilmiş məktəblərin qarşısında məntiqlə söhbət edərdi. Ustad Mütəhərri sağdır, çünki onun düşüncələri sağdır. Ona görə də tələbələr gərək bu şəhid alimin düşüncələrinə agah olsunlar ki, onlar üçün İslama xidmət zəminəsi hazırlansın”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930