Peyğəmbərin və 3 İmamın inayətində olan səhabə
Müəllif: admin1
Tarix: 20-10-2016, 20:00
Peyğəmbərin və 3 İmamın inayətində olan səhabə
İmam Əlinin (ə) ordusunda vuruşan, Kərbəlada şəhid olan, İmam Zaman ağanın (ə.f) duasında adı çəkilən səhabə
İslaminSesi - İbni Məsud nəql edir: “Allahın Rəsulu (s) Cunadə ibn Haris üçün bu məzmunda məktub yazmışdı: “Bu yazı peyğəmbər Muhəmməd (s) tərəfindən Cunadə, onun qəbiləsi və onun əlinin altında olanlar üçün məktubdur. Namazı bərpa edin, zəkatı verin, Allaha və Peyğəmbərə (s) itaət edin ki, hər kəs belə edər, Allahın və Rəsulunun (s) amanında olar”.

Cunadə o igidlərdən idi ki, Siffeyn döyüşündə Əmirəl-möminin (ə) bayrağı altında döyüşürdü.

O, Kufədə Müslimlə beyət edir və Əmr ibni Xalid, Nafəh ibni Həlal, Məcmə ibni Abdullahla bir yerdə İmam Hüseynin (ə) ordusuna qoşulur. Bu dörd dost İmamın (ə) yanına gələn zaman Hürr onları görüb İmama (ə) demişdi ki, mən gərək onları həbs edim, ya da gərək geri qayıtsınlar. İmam (ə) cavabında buyurmuşdur ki, onlar mənim dostlarımdır və mənimlə gələn insanlar kimidirlər. Onları elə qoruyaram ki , özümü o cür qoruyuram. Nə zaman bu fikirdə olsan, səninlə işim olmaz, əks halda səninlə vuruşaram”. Hürr İmamın (ə) bu müdafiəsini görüb, geri çəkilmişdi.

Cunadə döyüşün əvvəlində Əmr ibni Xalid, Məcmə ibni Abdullahla bir yerdə şeytan ordusuna hücum etdi. Onlar düşmən mühasirəsinə düşdülər. Ancaq Əbülfəzl Abbas (ə) bu mühasirəni sındırdı və onları xilas etdi. Düşmən ikinci dəfə hücuma keçəndə, onlar mərdcəsinə şəhid oldular.

İmam Zaman ağa (ə.f) da “Nahiyə” ziyarətində Cunadə ibn Harisə salam göndərir.

deyerler.org
Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031