Aşuradan sonra Məhərrəmin 12-də baş verən hadisələr
Mьəllif: admin1
Tarix: 14-10-2016, 12:48
Aşuradan sonra Məhərrəmin 12-də baş verən hadisələr
Bəzi hədislərə görə həzrət Zeynəb məhz bu gündə Kufə camaatı qarşısında xütbə oxuyub kim olduğunu bildirdi və kufəlilərə nifrin etdi.
İslaminSesi – Məhərrəm ayının 12-də İmam Hüseynin əsir olmuş Əhli-Beyti(ə) artıq Kufə sarayının qarşısında idilər. Onlar Kufə sarayının və Ubeydullahın qarşısına çıxarılmaq üçün gecə ikən buraya gətirilmişdilər.

Məhərrəm ayının 12-də Bəni-Əsəd qəbiləsi Kərbəlada qətligaha çatıb, cənazələri dəfn etməyə başladılar. Kərbəlada Qaziriyyədə Bəni-Əsədin yeri var idi. Bəzi hədislərə görə İmam Hüseyn burada bir sıra məkanları Aşurada şəhid olacaq şəxslərin dəfni üçün əvvəldən almışdı. Bəni-Əsəd qəbiləsinin üzvləri cənazələri bir-bir dəfn etdilər. Onlar İmamı həmin atdan düşdüyü və şəhid edildiyi yerdə də dəfn etdilər. İmamın ayağının aşağı tərəfində isə digər şəhidlər üçün məzar qazdılar.

Bəzi hədislərə görə İmam Səccad sonradan Kərbəlaya dönə bilmiş və İmamı dəfn edib və ona namaz qılmışdı.

Ömər Səd şəhidlərin başlarını əsirlərdən öncə Kufəyə göndərmişdi. Kufənin lənətlənmiş valisi Ubeydullah əsirlərin Kufəyə gəlməsini eşidəndə əmr etdi ki, başları nizələrə vurub, onları əsirlərin qarşısında küçə bazarda gəzdirsinlər. O bununla Yezidin hansı səltənətə və gücə malik olduğunu göstərmək istəyirdi.

Kufəlilərin çoxusu əsirlərin kimlər olduğunu və nizələrdə kimlərin başı olduğunu bilmirdilər. Onlar tamaşaya çıxmışdılar. Lakin təqribən 40 ədəd lüt dəvəyə mindirilmiş əsirlərin kimliyi bəlli olduqdan sonra şəhərdə şivən və fəryadlar ucalmağa başladı.

Bəzi hədislərə görə həzrət Zeynəb məhz bu gündə Kufə camaatı qarşısında xütbə oxuyub kim olduğunu bildirdi və kufəlilərə nifrin etdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930