İmam Hüseynin (ə) İmam Səccada (ə) təlim etdiyi mühüm münacat
Mьəllif: admin1
Tarix: 3-08-2022, 22:57
İmam Hüseynin (ə) İmam Səccada (ə) təlim etdiyi mühüm münacat
İmam Hüseynin Aşura günü ömrünün son anlarında oğlu İmam Səccada təlim etdiyi münacat.

Rəvayətlərə görə bu münacatı həzrət Zəhra İmam Hüseynə təlim etmişdi. O da oğlu İmam Zeynul-Abidin əleyhissəlama təlim etdi.

İmam Səccad buyurur:

Aşura günündə atamın bədəni qan idi. Məni bağrına basıb dedi:

Əziz oğlum! Bu duanı hifz et ki anam Fatimə mənə təlim edib. Ona Peyğəmbər, ona da həzrət Cəbrail təlim edib. Bu duanı ehtiyac zamanı hər bir qəm-qüssə və bəla zamanı bu cür oxu!

“Bi-həqqi Yasin vəl-Quranil-Həkim, və bi-həqqi Taha vəl-Quranil-əzim Ya mən yəqdiru əla həvaicis-sailin, Ya mən yələmu ma fid-dəmiri, Ya munəffisən ənil-məkrubin, Ya mufərricən ənil-məğmumin, Ya Rahiməş-Şeyxəl-Kəbir, Ya Raziqət-tiflis-səğir, Ya mən la yəhtacu ilət-təfsir səlli əla Muhəmməd və Ali-muhəmməd vəf-əl bi……”

Tərcüməsi:

“İlahi Yasinə xatir, Qurani-Kərim, Taha və Qurani-Əzimə xatir, Ey diləyənlərin ehtiyaclarını yerinə yetirən, Ey qəlblərdə olanları bilən, Ey çətinlikləri və bəlaları aradan qaldıran, Ey qəmliləri şad edən, Ey qocalara rəhm edən, Ey körpəyə ruzi verən, Ey təfsir və izaha ehtiyacı olmayan Allah Məhəmməd və Ailəsinə salam göndər və məni….” Bu zaman duanı oxuyan şəxs öz istəklərini dilər gətirər.

Oxşar xəbərlər
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031