Bütün şəhidlərin qibtə etdiyi insan
Mьəllif: admin1
Tarix: 20-03-2021, 08:33
Bütün şəhidlərin qibtə etdiyi insan
"Abbasın Ulu Allah yanında elə bir məqamı vardır ki qiyamət günündə şəhidlərin hamısı onu görüb qibtə edərlər.”

Bu hədisi Şeyx Səduq əl-Əmali əsərində İmam Səccaddan (ə) nəql edibdir.

İmam (ə) buyurur ki həzrət Əbul-Fəzl Abbas Kərbəlada etdiyi şücaətlər və fədakarlığa görə Allah ona özünəməxsus dərəcə veribdir ki bu bütün şəhidlər üçün əlçatmazdır.

On ikinci imam həzrət Əbul-Fəzlə belə salam göndərir:

"Salam olsun Əbəl-Fəzlə! Salam olsun Əmirəlmöminin oğlu Abbasa! Qardaşının dərdinə şərik olan böyük şəxs ki canını ona fəda etdi.

O dünənki günündə sabahkı gününü təmin etdi. Qardaşına fəda olub onu qoruyan insan. Suyu çatdırmağa çalışdı, amma əlləri qələm oldu.”

İmam Sadiq buyurur:

"Əmim Abbasın bəsirəti və möhkəm imanı var idi. Qardaşı Hüseynlə cihada getdi. İmtahandan çox yaxşı çıxdı. Dünyadan şəhid getdi.”

İmam Səccad həzrət Əbul-Fəzl Abbasın imanı və mənəviyyatı barədə bu kəlamı buyurub:

"Həzrət Abbas (ə) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır."

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031