İmam Hüseynin (ə) “günahları tərk edə bilmirəm” deyən kişiyə nəsihəti
Mьəllif: admin1
Tarix: 3-08-2022, 10:26
İmam Hüseynin (ə) “günahları tərk edə bilmirəm” deyən kişiyə nəsihəti
Məhərrəm ayının daxil olması münasibətilə İmam Hüseynin buyurduğu hikmətli bir hədisi təqdim edirik.

Əllamə Məclisi qiymətli Biharul-Ənvar əsərində (cild-75, səh-126) İmam Hüseynin "günahları tərk edə bilməyən" kişiyə nəsihətini belə nəql edir:

“Bir gün gənc bir kişi İmamın məhzərinə gəlib dedi ki mən günahkar bir insanam. Özümü günahlardan çəkindirə bilmirəm. Ey İmam mənə nəsihət ver!

İmam buyurdu: Sən bu 5 işi gör! Ondan sonra istədiyin günahı edə bilərsən:

1-Allahın verdiyi ruzidən yemə ondan sonra istədiyin günahı et!

2-Allahın hakimiyyət dairəsindən kənara çıx və istədiyin günahı et!

3-Elə bir yeri seç ki Allah səni görməsin və onda istədiyini et!

4-Ölüm mələyi Əzrail canını almağa gələndə özünü müdafiə edə biləcəksənsə istədiyini et!

5-Cəhənnəmdə məmur olmuş mələklər səni od və alova sarı aparanda (onlara müqavimət göstərib) oraya girmə. (Əgər bunların hər birini edə bilərsənsə istədiyin günahı et)

Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930