İzdivac və bəxtin açılması barədə Ayətullah Vəhid Xorasaninin tövsiyəsi
Mьəllif: admin1
Tarix: 30-01-2022, 12:59
İzdivac və bəxtin açılması barədə Ayətullah Vəhid Xorasaninin tövsiyəsi
Bir qızın Ayətullah əl-üzma Vəhid Xorasaniyə məktubu

Subay qızam. Yaxşı ailədən olmağıma və hicaba kamil riayət etməyimə baxmayaraq indiyə kimi mənə elçi gəlməyib. Bu məsələyə görə dost-tanışlarım, hətta qardaşlarım məni istehza edirlər. Ona görə də çox əziyyət çəkirəm. Zəhmət olmasa, mənə bir yol göstərin.

Ayətullah əl-üzma Vəhid Xorasaninin tövsiyəsi

Sübh namazı kimi iki rəkət namaz qılın və namazdan sonra həzrət Zəhra (s.ə) təsbehini deyin. Yaxşı olar ki, başı səcdəyə qoyaraq 14 dəfə salavat göndərilsin və 100 dəfə deyilsin: “Allahummə xir li vəxtər li”.

Bundan sonra yenə 14 dəfə salavat göndərsin. Bu namaz və qeyd olunan duaları müxtəlif günlərdə təkrar olaraq yerinə yetirmək lazımdır ki, Allah izdivac məsələsində yol açsın.

Habelə, həzrət Zəhraya (s.ə) istiğasə namazı qılınsın. Bu namazın qılınma qaydası Məfatehul-cinan kitabında gəlmişdir. İki rəkət namaz qılınır, namazın salamından sonra 3 dəfə təkbir deyilir və həzrət Zəhra (s.ə) təsbehi oxunur.

Sonra səcdəyə baş qoyaraq 100 dəfə deyilir: “Ya movlati, ya Fatimə əğisini”. Sonra üzün sağ tərəfi səcdəyə qoyulur və 100 dəfə deyilir: “Ya movlati, ya Fatimə əğisini”.

Daha sonra sol üz yerə qoyulur və həmçinin 100 dəfə eyni zikr deyildikdən sonra yenidən alın yerə qoyulur və 110 dəfə həmin zikr oxunur. Zikri bitirdikdən sonra hacət istənilir. Allahın istəyilə hacət qəbul olunar.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031