Quranın qardaşı olan mübarək kitab
Mьəllif: admin1
Tarix: 12-11-2018, 22:18
Quranın qardaşı olan mübarək kitab
“Nəhcul-bəlağə” – Quranın əziz qardaşı və sirlərinin məhrəmidir. Quranla “Nəhcul-bəlağə”nin rabitəsi sıx və möhkəm bir rabitədir. Ona görə də Nəhcul-bəlağəni “Əxi-Qurani-Kərim” adlandırırlar.

Əxi o kəsə deyirlər ki, insanla ata və ana cəhətdən, ya onlardan biri cəhətdən, ya süd cəhətdən qardaş olsun. Bir sözlə, o insanlara qardaş deyirlər ki, onların arasında ya qohumluq əlaqəsi olsun, ya din əlaqəsi olsun, ya da dostluq əlaqəsi olsun.

“Nəhcul-bəlağə” pak bir ruhdan təşkil edilibdir ki, ruhu Quranla eynidir. Qurana tərəf o qədər cəzb olub ki, cisim və ruhu ondan olmuşdur. Ona görə, o da Quran kimi öz təravət və təzəliyini itirmir və hansı dildə eşidilərsə-eşidilsin, qəlblərə təsir qoyur.

“Nəhcul-bəlağə”də Quranın nuraniyyətini və nübuvvətin xoş iyini hiss etmək olur. Alimlərin nəzərinə görə, “Nəhcul-bəlağə”ni Qurandan fərqləndirən tək cəhət odur ki,

“Nəhcul-bəlağə” vəhy kitabı deyildir.

“Nəhcul-bəlağə” – sanki Quran ayələrinin zinətləndirdiyi Allah kəlamlarıdır. Bu kitab hikmət kitabıdır ki, parlayan mirvari kimi doğruluqlardan söz açır.

“Nəhcul-bəlağə” – Allah haqqında olan həqiqi maarifdən, insandan, varlıq aləmindən, cəmiyyətdən, tarixdən danışır. “Nəhcul-bəlağə” də Quran kimi baxışlardan, inanclardan, meyillərdən söz açır və insanın səadət yollarını bəyan edir.

Bu kitabda:

1. Tövhid və həqiqi maarif bəhsləri vardır.
2. Nübuvvət və İlahi hidayət bəhsləri vardır.
3. İslam cəmiyyətini tanıdır, İslamın düzgün həndəsəsini təqdim edir.
4. Kainat və xilqətdən bəhs edir.
5. Hikməti öyrədir.
6. Tarixi bəyan edir və ibrət dərsi verir.
7. Əhkamı təlim edir və ibadəti öyrədir.
8. Məada və Qiyamətə aid bəhsləri vardır.
9. Bəndəlik və übudiyyət yolunu tanıdır.

“Nəhcul-bəlağə”nin Qurana bu qədər yaxın olması təəccüblü deyildir. Çünki o kəsin dilindən bəyan edilmişdir ki, Peyğəmbərin (s) canı idi və onunla birlikdə bütün vəhy olanları görür və eşidirdi.

Həzrət Əli (ə) özü bu haqda belə buyurur: “Muhəmmədə (s) vəhy nazil olan zaman şeytanın nalə səsini eşitdim və Peyğəmbərdən (s) soruşdum ki, bu nalə səsi nədir?

Buyurdu: “Bu, şeytandır ki, öz pərəstişindən məyus olmuşdur. Mən nə eşidirəmsə, sən də eşidirsən və nə görürəmsə, sən də görürsən. Mənimlə sənin tək fərqin ondadır ki, sən peyğəmbər deyilsən. Mənim vəzirimsən, xeyir və doğruluq yolunda qərar tutmusan””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031