Xristian aliminin Nəhcul-bəlağə barədə fikirləri
Mьəllif: admin1
Tarix: 3-11-2017, 22:19
Xristian aliminin Nəhcul-bəlağə barədə fikirləri

"Baxmayaraq ki, onun yaşadığı dövürdən min illər keçir amma indi də bütün dünya başçıları onun ardınca getməlidirlər"...

Süleyman Kəttani xristian alimidir və Amerikada dünyaya gəlib. O, fəlsəfə elmləri üzrə Livan universitetini bitirib. Süleyman 9 məsum (ə) barədə o cümlədən "Fatimeyi-Zəhra" barədə kitab yazıb.

Yusif Kəttani isə Süleyman Kəttaninin qardaşı oğludur və o da Livan alimləri sırasındadır.

Yusif Kəttanı, əmisi dünyasını dəyişəndən sonra əmisinin əsərlərini nəşr etmə məsuliyyətini öhdəsinə götürüb.

"Şəfqətuna": Süleyman Kəttani necə oldu ki, həzrət Fatimeyi-Zəhra (ə) barədə kitab yazdı?

Əmim ilk dəfə Nəcəf şəhərində alimlərin çağırışı əsasında İmam Əli (ə) barədə kitab yazdı və beləliklə ilin mükafatını qazana bildi. Sonra isə alimlər ilə görüşləri olurdu və Nəcəf alimləri xüsusilə də Ayətullah Həkimin ailəsi əmimdən həzrət Fatimeyi-Zəhra (ə) barədə kitab yazmasını xahiş etdilər. Bu əsasla kitabın ilk çapı 1967-ci ildə İraqda həyata keçdi və daha sonra bir neçə dəfə nəşr edildi. İndi isə əmimin əsərləri heç bir yerdə mövcud deyil və mən də onun əsərlərini tərcümeyi-halı ilə birgə çap etmək qərarına gəlmişəm.

Sizin özünüz necə, məsumlar (ə) barədə bir əsəriniz varmı?

Mən bir il öncə Nəcəf şəhərində keçirilən "Fatimei-Zəhra" (ə) qurultayında məqalə vermişdim; məqaləni mən özüm çap etmədim, amma ola bilsin ki, orada çap olunub.

Siz Nəhcul-bəlağə kitabını mütaliə etmisinizmi? İmam Əli (ə) barədə fikriniz necədir?

Öncədən bu dəyərli kitabı mütaliə etmək üçün lazımı şərait var idi, indi isə təhlükəsizliyin olmaması və əmimin əsərlərini çap etmək fikrinə düşdüyümdən mütaliə etmək üçün lazımı şərait yoxdur. Əli ibn Əbi Talib (ə) böyük bir şəxsiyyətdir; O, müsəlman ilə xristian arasında heç bir fərq qoymazdı və yalnız təqvada fərq qoyurdu. Həqiqətdə İmam Əli (ə) bütün insanlar üçün nümunədir.

O, hakimiyyət adamı idi; Baxmayaraq ki, onun yaşadığı dövürdən min illər keçir amma indi də bütün dünya başçıları onun ardınca getməlidirlər. Əminiz Süleymanın şiə məzhəbi barədə fikri necə idi?

Mərhum Süleyman Xəlil Cubran kimi şəxsiyyəətlər barədə kitablar yazdı, amma İmam Əli (ə) və Peyğəmbərin (s.ə) şəxsiyyəti onu daha çox özünə cəzb etmişdi. O, İmam Əli (ə), İslam Peyğəmbəri (s.ə) və İsa peyğəmbəri (ə) bir-birinin tamamlayıcısı hesab edirdi və buna görə onlara çox cəzb olmuşdu.

Həzrət Əlinin (ə) sizi Özünə cəzb etməsinin səbəbi nə idi?

Nəhcul-bəlağənin çoxlu sayda mövzuları var; cəmiyyət ilə bağlı bütün məsələləri özündə toplayıb və bütün ictimai məsələləri əhatə edir. Hökümət barədə söz açanda böyük bir şəxsiyyət libasında canlanır, camaatın fərdi həyatı barədə söz açanda mehriban və qayğıkeş ata libasında canlanır. İnsan cəmiyyətlərinin problemi İmam Əlinin (ə) siyasi-ictimai və tərbiyəvi göstərişlərinə diqqət etməməsi və onları həyatlarında tətbiq etməməsindədir.

Nəhcul-bəlağə kitabını bütün insanlara aid olduğunu demək olarmı?

Nəhcul-bəlağə kitabı bütün insanlarındır, bu kitab min illər sonra da qalacaq və insanlara təqdim etdiyi örnəklər vasitəsilə həmişəlik yaşayacaqdır.

Qeyd: Süleyman Kəttaninin yazdığı kitaba müraciət etsəniz onun Əhli-beyti (ə) müsəlmanlardan daha yaxşı vəsf etdiyinin şahidi olacaqsınız. Bu kitab farscaya da tərcümə edillib.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031