Gözəl əxlaq - dinin yarısıdır. Pis əxlaq – cəhənnəmlik sifətdir
Müəllif: admin1
Tarix: 14-12-2021, 10:44
Gözəl əxlaq - dinin yarısıdır. Pis əxlaq – cəhənnəmlik sifətdir
İnsana dəyər verən və Allah Təala yanındakı məqamını yüksəldən əməllərdən biri də gözəl əxlaqdır. Gözəl əxlaq odur ki, insan ailəsi və başqaları ilə xoş rəftar edər. Səbirli, hövsələli, təvazökar olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Bütün insanlarla gözəl əxlaqla rəftar edin”.

İmam Sadiq (ə) buyurur: "Mömin İlahi vaciblərdən sonra, Allah Təalanın dərgahına insanlara rahatlıq verən əxlaqdan daha sevimli əməl gətirməz”.

Həzrət Peyğəmbər (s) insanlara xitab edərək buyurur: "Xoş əxlaqlı olun, çünki xoş əlxaq çarəsiz behiştdədir. Pis əxlaqdan çəkinin, çünki pis əxlaq çarəsiz cəhənnəmdədir”.

Həzrət (ə) başqa yerdə buyurur: "Gözəl əxlaq - dinin yarısıdır”.

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: "Harada olsan, İlahi təqvaya riayət et, insanlarla xoş əxlaqla rəftar et. Nə zaman günah etsən, elə bir həsənə yerinə yetir ki, həmin günahı məhv etsin”.

Bir kişi Peyğəmbərlə (s) üz-üzə gəlir və soruşur: "Din nədir?”.

Həzrət (s) buyurur: "Xoş əxlaq”.

Sonra Peyğəmbərin (s) sağ tərəfindən gəlir və deyir: "Din nədir?”.

Buyurur: "Xoş əxlaq”. Sonra sol tərəfindən gəlib, bu sualı verir və eyni cavabı eşidir. Həmin kişi Peyğəmbərin (s) arxasından gəlib, həmin sualı verən zaman, Həzrət (s) buyurur: "Dinin nə olduğunu başa düşmədin? Din odur ki, qəzəblənməyəsən”.

İmam Baqir (ə) nəql edir: "İmam Əli (ə) bir nəfərlə yol yoldaşı olur və həmin şəxs deyir: "Ey Allah bəndəsi! Hara gedirsən?”.

İmam (ə) buyurur: "Kufəyə”. Kufə davazasına çatan zaman, İmam (ə) yolunu dəyişir və həmin şəxslə bir yerdə yoluna davam edir. O, çox təəccüblənir və soruşur: "Məgər sən Kufə xəyalında deyildin?”.

Buyurur: "Bəli”.

Soruşur: "Bəs yolunu dəyişdin?”.

Buyurur: "Bilirəm”.

Soruşur: "Bəs bilirsən niyə yolunu dəyişdin?”.

Buyurur: "Bu, yaxşı dost olmağın kamalındandır ki, insan tək olan zaman dostunu müşayiət edər. Peyğəmbərimiz (s) bizə belə əmr etmişdir”.

Həmin şəxs deyir: "Peyğəmbər belə demişdir?”.

Həzrət buyurur: "Bəli”. Həmin şəxs deyir: "Mən sənin yanında şəhadət verirəm ki, mən də sənin yolundayam”.

Həmin şəxs müsəlman olur və İmamla (ə) bir yerdə Kufəyə qayıdır”.

Hər bir halda xoş əxlaq insanı başqalarının sevimlisi edər və bir çox şərdən uzaq saxlayar. Allahın razılığını cəlb edər və günahların bağışlanmasına səbəb olar.

Lakin pis əxlaq insanları özündən uzaqlaşdırar və ailəsinin, ətrafında olanların əziyyət çəkməsinə səbəb olar. Allah rəhmət qapılarını onun üzünə bağlayar və axirətdə əzaba düçar olar.

Allah Təala bizləri xoş əxlaq sahiblərindən qərar versin.

Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031