Qadınla kişinin bir-birinə münasibətdə hansı haqları vardır?
Müəllif: Admin
Tarix: 8-11-2019, 21:56
Qadınla kişinin bir-birinə münasibətdə hansı haqları vardır?
Ailə həyatının davamlı olması və ailə ocağında səmimiyyətin hakim olması üçün qadınla kişi bir-birinə qarşı bəzi haqlara riayət etməlidirlər.

Bu haqlarla tanış olaq:

1. İtaət. İmam Baqir (ə) buyurur: “Bir qadın Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ərin xanımı üzərindəki haqqı nədir?”.

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, qadın beş vacib namazını qılar və Ramazan ayının orucunu tutar və həccini yerinə yetirər və ərinə itaət edər, Əlinin (ə) haqqını ki, itaəti vacib olan İmamdır, tanıyar – behiştin səkkiz qapısının hansından istəsə, behiştə daxil olar”.

Ona görə də qadının ərinə görə olan ilk haqqı – ona itaət etməkdir.

2. Bəzənmək (əri üçün). Həzrət Peyğəmbər (s) buyurur: “Qadına lazımdır ki, ən yaxşı ətirdən istifadə etsin. Ən gözəl paltarını geyinsin və özünü ən yaxşı şəkildə bəzəsin”.

3. Evdən bayıra icazəli çıxmaq. Həzrət Peyğəmbər (s) qadının ərinin icazəsi olmadan bayıra çıxmasını qadağan etmişdir. Əgər qadın belə edərsə, evə qayıdana qədər bütün səma mələkləri və cin və inslər onu lənətləyər.

4. Ərinə əziyyət verməkdən çəkinmək. İmam Sadiq (ə) buyurur: “Məlundur, məlundur o qadın ki, ərinə əziyyət verər. Onu qəmgin və qüssəli edər. O qadın xoşbəxtdir ki, ərinin hörmətini saxlayar, ona əziyyət verməz, hər bir halda ona itaət edər”.

5. Evdə xidmət etmək. Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, əri üçün ləzzətli yemək hazırlayar – Allah behiştdə onun üçün müxtəlif təamlar hazırlayar. Deyər ki, dünyada çəkdiyin zəhmətlərin mükafatı olaraq ye və iç”.

6. Əri ilə xoş rəftar etmək. Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, rifahda və çətinlikdə əri ilə yola gedər və ona itaət edər – Allah onu Əyyubun (ə) həyat yoldaşı ilə məhşur edər”.

7. Özünü başqaları üçün bəzəmək olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Öz zinətlərini ərindən başqasının nəzərində qoyma”.

8. Ərinin icazəsi olmadan malını istifadə etməmək. İmam Sadiq (ə) buyurur: “Qadının icazəsi yoxdur ki, ərinin izni olmadan qul azad etsin və ya sədəqə versin, ya nəyisə bağışlasın, ya malını nəzir etsin. Ancaq vacib zəkatın, sileyi-rəhmin, ehsanın icazəyə ehtiyacı yoxdur”.

Əlbəttə, qadının da əri üzərində haqları vardır:

1. Onun həyat ehtiyaclarını təmin etmək: yemək, içmək, geyinmək...

2. Ehtiram göstərmək. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, evlənər, gərək ona (həyat yoldaşına) ehtiram qoysun”.

3. Təmiz və pakizə olmaq, bəzənmək. Necə ki, kişi xanımını təmiz və bəzənmiş görmək istəyir, qadın da ərini bu cür görmək istəyir.

4. Xoşrəftar və xoşdilli olmaq.

5. Ailə başçısı olduğunu göstərmək. Bəzi kişilər ailənin idarə olunmasını qadınlara tapşırır və ailə işlərində ancaq qadınlar qərar vermək haqqında malik olurlar. Bu əməl kişini zəlil edər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930