Muntəqim İmam (ə.f)
Müəllif: admin1
Tarix: 4-09-2016, 10:29
Muntəqim İmam (ə.f)
Həzrət Qaimin (ə.f) ləqəblərindən biri Munqətimdir. Əziz Peyğəmbərin (s) vəfatından sonra Həzrətin (s) Əhli-Beyti (ə) çox sayda zülm və nahaqlıqlar ilə üzləşdi və bu yolda qanlar töküldü, haqsız yerə işgəncələr və əziyyətlər verildi. İmam Həsən Müctəba (ə) zəhərləndi, İmam Hüseyn (ə) Peyğəmbər (s) ümmətinin zalımları tərəfindən qətlə yetirildi. Pak bədənini doğram-doğram etdilər və mübarək başını kəsib şəhər-şəhər gəzdirdilər. Əmirəl-möminin (ə) qızları naməhrəmlərin gözləri qarşısında əsir düşdülər. İmamların (ə) hər biri öz dövrünün xəlifəsi tərəfindən çox sayda zülmə məruz qaldı.
Ancaq Allah Həkimdir və heç bir zaman zülmü cavabsız qoymamışdır. O, Həzrət Müntəqimin (ə.f) vasitəsilə həm möminlərin və həm də Məsum İmamların (ə) qanının intiqamını alacaq və ədaləti bərpa edəcəkdir. Allahın intiqamı qətidir və Allah bütün bu zalımlara intiqam və əzab vədəsi vermişdir. “Buna görə də Allahı Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxan sanma. Şübhəsiz, Allah yenilməz qüdrət və intiqam sahibidir”. (“İbrahim” 47).
Həzrət Məhdi (ə.f) Allahın iti qılıncıdır və İmama (ə.f) salam göndərən zaman ziyarətdə deyirik: “Salam olsun qılıncını qınından çəkənə!”.
Həzrət Qaim (ə.f) peyğəmbərlərin (ə) və pak övladlarının (ə) nahaq tökülmüş qanının müntəqimidir. O, İmam Hüseynin (ə) intiqam alanıdır. “Nüdbə” duasında oxuyuruq: “Haradadır o kəs ki, peyğəmbərlərə (ə) və övladlarına rəva olan zülmün davasını edəcəkdir? Haradadır Kərbəlada tökülən pak qanın intiqam alanı?”.
“Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şər’i hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işgəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır)”. (“İsra” 33).
Həzrət Peyğəmbər (s) bu ayədə qətl olunan insanın İmam Hüseyn (ə) olduğunu buyurmuşdur. Onun imtiqamını alan isə Qaimdir (ə.f). Öldürmək zamanı həddi aşmamaq deyildikdə isə qeyri-qatillərindən də qisas alıb, qiyamında qələbə çalacaqdır. Dünya bu intiqam həyata keçmədən, sona çatmayacaqdır. O Həzrət (ə.f) dünyanı ədalətə bürüyəcəkdir.
İmam Sadiq (ə) bu ayə “Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!”. (“Səcdə” 21) haqqında buyurur: “(Bu ayədə adı çəkilən) Əzabi Əkbər, Həzrət Məhdidir (ə.f). Axəril-zamanda zühur edəcəkdir və Allahın bu vədəsinə əməl libası geyindirəcəkdir”.
İmam Baqir (ə) buyurur: “O zaman ki, cəddim İmam Hüseyn (ə) şəhid oldu, mələklərin ağlamaq səsi ucaldı. Allah and içdi: İzzət və Cəlalıma and olsun ki, bu Qaimlə (ə.f) qatillərindən intiqam alacağam””.
İmam Məhdinin (ə.f) naiblərindən olan Muhəmməd ibn Osman nəql edir: “O Həzrəti gördüm ki, Kəbənin pərdəsini tutmuş və Allahla münacat edir: “Allahım! Mənim vasitəmlə düşmənlərindən intiqam al!””.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, bizim Qaim (ə.f) zühur edər, Allah onun əli ilə Peyğəmbərin (s) və bizim intiqamımızı düşmənlərdən alacaqdır”.
Allah o zaman intiqam alır ki, İlahi haqlar tapdalanır. Bu insanlar İlahi rəhməti əldə etməkdən məhrum olarlar. Onların yer üzündə yaşamaq haqları qalmaz. Allah bir çox qövmdən Öz haqqını tapdaladıqlarına görə intiqam almışdır. Nuhun (ə), Salehin (ə), Lutun (ə) qövmü kimi, Səmud və Ad qövmü kimi. Çünki Allah Yer kürəsini saleh insanlar üçün xəlq etmişdir. Həzrət Peyğəmbərdən (s) sonra Allah Təalanın intiqam əli İmam Məhdidir (ə.f). O, gələcək və yer üzərində haqqı və ədaləti bərqərar edəcəkdir. Zülmün və küfrün kökünü kəsib, düşmənləri xar edəcəkdir. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031