Əhli-Beyti (ə) sevən cavanı İmam Cavad (ə) ölümdən necə xilas etdi?
Mьəllif: admin1
Tarix: 30-06-2022, 17:50
Əhli-Beyti (ə) sevən cavanı İmam Cavad (ə) ölümdən necə xilas etdi?
Bir gün İmam Cavad (ə) məsciddə əyləşmişdi və içəriyə qoca bir kişi daxil oldu. Dedi: “Ya İmam! Yüz canım sənə fəda olsun. Yüz il yaşamışam və bir övladdan başqa övladım yoxdur. Bu gün şəhər valisi onu götürüb dağdan atmaq istəyir”.

İmam (ə) buyurdu: “Oğlunun təqsiri nədir?”.

Deyir: “Valinin yanında dedilər ki, Muhəmməd (s) və Əlinin (ə) dostlarındandır və onun övladları ilə dostdur”.

Həzrət (ə) buyurdu: “Məndən nə istəyirsən?”.

Deyir: “Ey İmam! Başqa oğlum yoxdur və ondan ayrı qala bilmərəm”.

Həzrət (ə) buyurur: “Onu Allaha tapşır”.

Qoca bu sözü eşidən zaman oğlundan əlini üzdü. Evinə çıxıb getdi. Bu qocanın bir arvadı var idi ki, həmin oğlanın anası idi. Kişi bütün olanları ona danışdı. “İmamın (ə) yanına getdim və mənə ümid verəcək bir söz demədi”.

Qadın da bu sözü eşidən zaman fəryad çəkməyə başladı, sonra da huşdan getdi. Özünə gələn zaman oğlundan xəbər alır və yenə huşdan gedir. Bütün qonşular gəlib ona ürək-dirək verirdi.

Oğlanı dağın başına qaldırırlar və oğlan ağlamağa başlayır. İmam Cavaddan (ə) yardım istəyir və deyir: “Ey Əmirəl-möminin! Sənin dostluğuna və övladının dostluğuna görə bu gün məni öldürürlər. Mən bilirəm ki, hər kim bu yolda ölsə, şəhid sayılar. Ancaq qoca ata və anam vardır ki, heç kəs əllərinə su tökmür. Onlar ruzi qazana bilmirlər və müsibət görməyə taqətləri yoxdur. Sənə və vilayətə xatir, məni xilas et”.

Bu sözləri deyəndən sonra səmadan iki nəfər yerə endi və dedilər: “Ey oğlan! Nə baş verib ki, ağlayırsan?”.

Oğlan da olanları onlara danışdı. Onlardan biri oğlanın belindən yapışıb göyə qalxdı. O birisi isə valinin belindən yapışıb oğlanın yerinə qoydu. Vali hər nə qədər and içsə də, heç kəs onu vali olduğuna inanmadı.

Allahın möcüzəsi ilə üzü həmin oğlanın üzünə bənzəyirdi. Valinin dağdan aşağı atdılar və parça-parça oldu. Sonra o iki nəfər həmin oğlanla bir yerdə İmamın (ə) xidmətinə gəldilər. Salam verib həmin oğlanı İmamın (ə) xidmətinə gətirdilər.

Həzrət (ə) buyurdu: “Ey mələklər! Harada bizim dostlarımız təhlükədə olsalar, onlara inayət edin və onları bəladan qurtarın”.

Mələklər dedilər: Biz 3 min mələyik ki, əba vilayətinin nurundan xəlq olmuşuq. Bizim işimiz budur ki, aləmin harasında sizin dostlarınıza əziyyət verilsə, onlara yardım üçün hazır olaq və yardım etmək üçün çalışaq”.

Həmin mələklər İmama (ə) dua edib səmaya qalxdılar və İmam (ə) həmin cavana buyurdu ki, evinə getsin. Oğlan da İmam (ə) üçün dua edib evinə yollandı. Ata və anası müsibətə batmışdılar və oğulları üçün yas saxlayırdılar. Oğlunu sağ görən ata və ana bihuş oldular. Elə bildilər gözlərinə görünür. Huşa gələn zaman oğlanlarını yanında gördülər və Allaha şükür etdilər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930