Ayətullah Mərəşi Nəcəfinin oxuduğu rövzə
Müəllif: Admin
Tarix: 14-09-2018, 12:08
Ayətullah Mərəşi Nəcəfinin oxuduğu rövzə
Mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi deyir: Qabaqlar Qum şəhəri belə böyük deyildi, nəqliyyat vasitələri də yox idi. Bir gecə məni əqd məclisinə dəvət etmişdilər. Cubşur məhəlləsində keçirilən mərasim bitdikdən sonra evə tərəf yola düşdüm. Tək idim. Küçələr qarla dolu və xəlvət idi.

Birdən məst bir kişi yolumu kəsdi və mənə dedi: - Seyid, burada mənim üçün rövzə oxumalısan.

Dedim: - Rövzəni oturacaq üstündə oxumaq lazımdır. Burada isə oturacaq yoxdur.

O, birdən əyildi və dedi: - Bu da oturacaq. Otur və rövzəni oxu. Bəhanə etmə!

Mən əlacsız qalıb, onun kürəyində oturub, bir rövzə oxudum. Məst kişi dedi: - Mən səni evinə aparmalıyam. O evimizə qədər mənimlə gəldi. Evimizə çatanda məni tanıdı.

Elə ordaca özü ilə Allah arasında tövbə etdi, pis əməllərindən uzaqlaşdı və ömrünün sonuna kimi mömin, etiqadlı və təqvalı oldu. Həmişə camaat namazında birinci sırada dayanırdı. Bu nicat gəmisi həzrət Seyyidüş-şühədanın (ə) bərəkətindən və ürəkdə Əhli-beytə (ə) məhəbbətdəndir.
/nur-az.com/
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930