Quranı əzizləyib ona əməl etməyənlərin sonu
Mьəllif: admin1
Tarix: 25-08-2016, 23:28
Quranı əzizləyib ona əməl etməyənlərin sonu
Qiyamət günündə 3 varlıq Quran, məscid və Əhli-Beyt insanlar barədə Allaha şikayət edəcəklər. Məscid şikayətində ilahi bunlar məni tətil etdilər deyər. İtrət və Əhli-beyt şikayətində özlərini bizdən uzaq tutdular, Quran isə ilahi bu insanlar məni təhrif (mənəvi təhrif) etdilər deyərək şikayətlənər.

Məlumdur ki cəmiyyətimizdə Qurani-Kərimi kimsə qürbətə gedəndə altından keçsin deyə, istixarə edək deyə, and içək, cin-şeytanları evimizdən qovaq deyə onu alar və rəflərin ən uca yerlərində saxlayırıq.

Qurana qarşı bu qədər “hörmət”ə baxmayaraq, ona əməl etməyə can atmırıq.

İnsanlardan fərqli olaraq digər məxluqlar Quranla belə rəftar etmir.

Həşr surəsində buyurulur ki, əgər bu Quranı dağlara nazil etsəydik onlar Allahın qorxusundan parçalanardılar.

Elə isə Quranı evlərində əzizləyib, ona əməl etməyənləri qiyamətdə nə gözləyir?

İqabul-Əmal əsərində həzrət Məhəmməd Peyğəmbərdən belə bir hədis gəlib:

“Hər kəs Quranı öyrənə, amma ona əməl etməyə Allah onu qiyamətdə kor kimi qəbirdən qaldırar. Bu zaman bəndə “ilahi niyə məni kor olaraq məhşur etdin halbu ki görürdüm” deyər. Allah buyurar: Mənim ayələrim də sənə belə gəldi, amma sən yaddan çıxardın”islaminsesi\

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930