Qiyamət günü üç şey Allah Təalaya şikayət edəcəkdir
Mьəllif: admin1
Tarix: 25-05-2021, 22:53
Qiyamət günü üç şey Allah Təalaya şikayət edəcəkdir

Məscidlər hələ qədim zamanlardan insanların pənah yeri və Allah Təala ilə ünsiyyət qurduqları və dua etdikləri məkanlar olmuşdular.

Elə ona görə də həmişə böyük əhəmiyyətə malik olmuşdur. Quran dünyanın ən zalım insanlarını o kəslər adlandırır ki, başqalarına bu məkanlara getməyə mane olarlar.

Allah buyurur: “Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər?”. (“Bəqərə” 114).

Bunu qeyd etmək lazımdır ki, məscid ancaq ibadət yeri deyildir. Bəlkə orada insanlar təlim və tərbiyə olunar, insanların iqtisadi problemləri həll olunar, müxtəlif məsələlərə görə müşavirə olunarlar.

İmam Əlinin (ə) kəlmanında məscidlər.

İmam Əli (ə) buyurur: “O kəs ki, məscidə gedib-gələr, səkkiz mənfəətdən biri ona nəsib olar: Allah yolunda faydalı və dəyərli qardaşlıq, ya yeni elm, ya möhkəm dəlil və bürhan, hidayət olunmasına səbəb olan kəlmələr (eşidər), ya gözlədiyi rəhmət (ona şamil olar), ya onu fəsad və günahdan saxlayan moizə, ya qorxu və ya həyasına görə günahı tərk edər”.

Bu hədis bizlərə məsciddən hansı işlərdə istifadə etməyin yollarını açıqlayır. Beləliklə, bir müsəlman məscidə gedərək müvəffəq insanlarla rabitə qurar, elmi və mədəni mərkəzlərin inkişaf etdirilməsi nəticəsində elmlərini artırar və əqidələrini isbat etmək üçün möhkəm dəlillər və bürhanlar əldə edərlər. İnsan məsciddə moizə eşidər və onun sayəsində çox sayda günahdan və məkruhdan uzaq olar.

Məscidlər qədimdə olduğu kimi öz iş qabiliyyətini çox zəiflətdiyi üçün nə insanlara kifayət qədər elm öyrədə bilir və nə də ictimai rabitələr üçün şərait yaradır. Bu gün də insanlar məsciddən çox şey gözləyir.

Ancaq onların istəkləri yerinə yetmədiyi üçün məscidlərə olan get-gel azalmışdır. Bu gün məscidlərin əksər hissəsi ancaq cümə namazları üçün açılır və insanlar ancaq cümə günü məscidə gəlirlər.

Məscidlərin bir hissəsi isə ancaq namaz saatlarında insanların üzünə açılır və qalan saatlarda isə bağlanır. Halbuki Allahın evi gecə və gündüz müsəlmanların üzünə açıq olmalıdır.

Bəs bizim bir müsəlman kimi vəzifəmiz nədir?

Bir müsəlman olaraq hər birimizin vəzifəsi budur ki, tərk edilmiş və xarabaya çevrilmiş məscidləri bərpa edib abadlaşdıraq. Allahın evinə gedib-gələrək ona rövnəq verək. Bu yolla həm maddi və mənəvi bərəkətə nail olar və həm də məscidlərin Qiyamət günü bizdən şikayət etməsinin qarşısını almış olarıq.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü üç şey məşhər səhnəsinə gələcək və (Allah Təalaya) şikayət edəcəkdir: Qurani-Məcid, məscidlər, Peyğəmbərin (s) nəsli.

Quran ərz edər: “Pərvərdigara! Məni (yandırır) təhrif edir (yəni, yanlış təfsir edirlər) və parça-parça edirlər. (Bəzi əmrlərimə əməl etdilər və bəzilərini tərk etdilər)”.

Məscid deyər: “Pərvərdigara! Məni tətil etdilər və haqqımı zay etdilər”. Peyğəmbər (s) itrəti deyər: “Pərvərdigara! Bizi öldürdülər, kənara atdılar, biçarə etdirlər”.

Bu zaman mən iki dizimin üstünə düşəcəyəm ki, bu üçünün haqqını düşmənlərindən ala bilim. Allah Təala mənə buyurar: “Mən bu üçünün haqqını almağa daha layiqliyəm””.

Ona görə də məscidlərimizi tərk etməyək və onu cahillərin əlinə buraxmayaq. Məscidlər dostluq evidir, məscidlər elm və bilik evidir, məscidlər moizə evidir, məscidlər ibadət və dua evidir. Bunu unutmayaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930